16 Ağustos 2017 Çarşamba

Kor termitlərin göydələnləri

Termitlər

Kor fəhlələrin Empire State böyüklüyündə bina inşa etməsi mümkündür? İnsanlar belə şeyi bacarmazlar. Amma kor termitlər həyatları boyu öz boylarına nisbətdə Empire State hündürlüyündə yuvalar tikirlər.
Termitlərin qurduqları nəhəng yuvaları insanların tikdikləri binalar ilə müqayisə etməzdən əvvəl termitləri ümumi şəkildə təsvir etmək lazımdır. Termitlərin məlum olan ən mühüm xüsusiyyətlərindən biri insanların belə asanlıqla yıxa bilmədikləri möhkəm yuvalar tikmələridir. Hər növ öz ehtiyacı olan xüsusiyyətlərə görə müxtəlif tipli yuvalar inşa edir. Bəziləri yandırıcı istilikdən qorunmaq üçün, digərləri isə yağışdan qorunmaq üçün yuva tikir. Bu yuvalar ağac içlərində olduqları kimi əksəriyyəti torpağın üstündə və altında da yerləşirlər.


Bir termit yuvasını açdıqda qarşınıza süngərəbənzər görüntü çıxar. Yuva təxminən 2.5 sm enində və ya daha dar saysız-hesabsız hücrədən ibarətdir. Bu hücrələri bir-birlərinə ancaq termitlərin keçəcəyi böyüklükdə dar dəliklər bağlayır. Termitlərin bu gözəl binaları tikərkən istifadə etdikləri xam maddə isə sadəcə torpaq, öz selikləri və tullantılarından ibarətdir. Bu cür bəsit xam maddə ilə bəziləri ancaq dinamitlə yıxılacaq qədər möhkəm olan, üstəlik içində labirintlər, ventilyasiya sistemləri və kanallar kimi hərtərəfli sistemlər olan yuvalar tikirlər.
Görünüş cəhətdən qülləyə bənzəyən ehtişamlı yuvaları tikən termitlərin əsl möcüzəvi xüsusiyyəti isə daha əvvəl də bəhs etdiyimiz kimi, kor olmalarıdır. Bu son dərəcə təəccüblü vəziyyətdir. Termitlər nə qurduqları tunelləri, nə də ucaltdıqları otaqları görə bilirlər.
Termitlərlə insanların tikdikləri binalar müqayisə edildikdə gördükləri işin qeyri-adiliyi daha aydın şəkildə üzə çıxır. Məhz bu səbəbdən termitlərin tikdikləri göydələnləri daha yaxşı dəyərləndirmək üçün Amerikadakı Empire State binası ilə müqayisə etdik. Bu binanın hündürlüyü 443 metrdir. Termitlər isə 1-2 sm-lik həşəratlardır. Bu kiçik bədənlərinə baxmayaraq 7 metr hündürlüyündə nəhəng yuvalar tikirlər. Əgər termitlərin insanlarla eyni boyda olsaydılar, tikdikləri yuvalar da Empire State binasının hal-hazırki hündürlüyündən 4 dəfə çox olardı. İnsanların görə bilmədiyi bu qeyri-adi işi kor termitlər milyon ildir ki, mövcud olduqları andan etibarən görürlər.
Görməyən minlərlə insanı bir yerə yığsanız, hər cür texniki alətləri də ixtiyarlarına versəniz, əsla bir termit koloniyasının düzəltdiyi yuvaya bənzər bir quruluş inşa edəcəklərinə təminat verə bilməzsiniz. O halda düşünün:
* 1-2 sm boyu olan bir termit bu qədər incə bir dizayn qura biləcək memarlıq və mühəndislik biliklərinə necə yiyələnib?
* Görməyən minlərlə termit bu sənət möcüzəsi olan tikilini əmələ gətirmək üçün harmoniya içində işləməyə necə müvəffəq olmuşlar?
Buradan çıxan nəticə budur: Allah yaratdığı canlıları bənzərsiz və örnəksiz yaratmışdır və tək bir termit yuvası da insanın Allahı dərk etməsi, hər şeyi yaradanın Allah olduğuna inanması üçün kifayətdir.

Allah hər şeyin xaliqidir. O, hər şeyə vəkildir! (Zumər surəsi, 62)



Mənbələr:

Hiç yorum yok:

Yorum Gönder

Xahiş edirik etikadan kənara çıxmamaq şərtilə fikirlərinizi bildirəsiniz