16 Ağustos 2017 Çarşamba

Kor termitlərin göydələnləri

Termitlər

Kor fəhlələrin Empire State böyüklüyündə bina inşa etməsi mümkündür? İnsanlar belə şeyi bacarmazlar. Amma kor termitlər həyatları boyu öz boylarına nisbətdə Empire State hündürlüyündə yuvalar tikirlər.
Termitlərin qurduqları nəhəng yuvaları insanların tikdikləri binalar ilə müqayisə etməzdən əvvəl termitləri ümumi şəkildə təsvir etmək lazımdır. Termitlərin məlum olan ən mühüm xüsusiyyətlərindən biri insanların belə asanlıqla yıxa bilmədikləri möhkəm yuvalar tikmələridir. Hər növ öz ehtiyacı olan xüsusiyyətlərə görə müxtəlif tipli yuvalar inşa edir. Bəziləri yandırıcı istilikdən qorunmaq üçün, digərləri isə yağışdan qorunmaq üçün yuva tikir. Bu yuvalar ağac içlərində olduqları kimi əksəriyyəti torpağın üstündə və altında da yerləşirlər.


Bir termit yuvasını açdıqda qarşınıza süngərəbənzər görüntü çıxar. Yuva təxminən 2.5 sm enində və ya daha dar saysız-hesabsız hücrədən ibarətdir. Bu hücrələri bir-birlərinə ancaq termitlərin keçəcəyi böyüklükdə dar dəliklər bağlayır. Termitlərin bu gözəl binaları tikərkən istifadə etdikləri xam maddə isə sadəcə torpaq, öz selikləri və tullantılarından ibarətdir. Bu cür bəsit xam maddə ilə bəziləri ancaq dinamitlə yıxılacaq qədər möhkəm olan, üstəlik içində labirintlər, ventilyasiya sistemləri və kanallar kimi hərtərəfli sistemlər olan yuvalar tikirlər.
Görünüş cəhətdən qülləyə bənzəyən ehtişamlı yuvaları tikən termitlərin əsl möcüzəvi xüsusiyyəti isə daha əvvəl də bəhs etdiyimiz kimi, kor olmalarıdır. Bu son dərəcə təəccüblü vəziyyətdir. Termitlər nə qurduqları tunelləri, nə də ucaltdıqları otaqları görə bilirlər.
Termitlərlə insanların tikdikləri binalar müqayisə edildikdə gördükləri işin qeyri-adiliyi daha aydın şəkildə üzə çıxır. Məhz bu səbəbdən termitlərin tikdikləri göydələnləri daha yaxşı dəyərləndirmək üçün Amerikadakı Empire State binası ilə müqayisə etdik. Bu binanın hündürlüyü 443 metrdir. Termitlər isə 1-2 sm-lik həşəratlardır. Bu kiçik bədənlərinə baxmayaraq 7 metr hündürlüyündə nəhəng yuvalar tikirlər. Əgər termitlərin insanlarla eyni boyda olsaydılar, tikdikləri yuvalar da Empire State binasının hal-hazırki hündürlüyündən 4 dəfə çox olardı. İnsanların görə bilmədiyi bu qeyri-adi işi kor termitlər milyon ildir ki, mövcud olduqları andan etibarən görürlər.
Görməyən minlərlə insanı bir yerə yığsanız, hər cür texniki alətləri də ixtiyarlarına versəniz, əsla bir termit koloniyasının düzəltdiyi yuvaya bənzər bir quruluş inşa edəcəklərinə təminat verə bilməzsiniz. O halda düşünün:
* 1-2 sm boyu olan bir termit bu qədər incə bir dizayn qura biləcək memarlıq və mühəndislik biliklərinə necə yiyələnib?
* Görməyən minlərlə termit bu sənət möcüzəsi olan tikilini əmələ gətirmək üçün harmoniya içində işləməyə necə müvəffəq olmuşlar?
Buradan çıxan nəticə budur: Allah yaratdığı canlıları bənzərsiz və örnəksiz yaratmışdır və tək bir termit yuvası da insanın Allahı dərk etməsi, hər şeyi yaradanın Allah olduğuna inanması üçün kifayətdir.

Allah hər şeyin xaliqidir. O, hər şeyə vəkildir! (Zumər surəsi, 62)



Mənbələr:

15 Ağustos 2017 Salı

Quranda dənizlərin qarışmaması mövzusu


Bəzilərinin irad bildirdikləri mövzu Quranda “şirin və duzlu dənizlər” “dənizlərin qarışmaması” mövzusudur.Əslində hamımız Cəbəllütariq boğazı kimi bilirdik bu məsələni, ancaq araşdırandan sonra çox şey aydın olur. İlk öncə Qurani-Kərimdə bu mövzuda keçən ayələrə baxaq:

Fatir surəsi ayə: 12
İki dəniz eyni deyildir. Birinin suyu dadlı, şirin və içməyə rahat, digərininki isə həddindən artıq duzlu və acıdır. Onların hər birindən təzə balıq yeyir, taxdığınız zinət əşyalarını çıxarırsınız. Sən gəmilərin onu yara-yara üzdüyünü görürsən. Bütün bunlar Allahın lütfünü axtarıb tapmağınız və şükür etməyiniz üçündür.

Rəhman surəsi ayə:
19. O, qarşı-qarşıya gələn iki dənizi bir-birinə qovuşdurdu.
20. Onların arasında maneə vardır, onu keçə bilməzlər.

Furqan sürəsi ayə: 53
Birinin suyu dadlı və şirin, digərininki isə duzlu və acı olan iki dənizi qovuşduraraq aralarında maneə və keçilməz sədd qoyan Odur.

Bir çox ateist sayt Məhəmməd Peyğəmbər (s.a.v)-dən 550 il öncə yaşamış olduğu deyilən Gaius Plinius Secundusunv (23-79 illər) Naturalis Historia əsərində şirin və duzlu suların qarışmamasını yazdığını bildirirlər. Ancaq ateist türk saytlarında olan tərcümə ilə eynilik təşkil etmirdi. Özlərinə lazım olan hissəni tərcümə ediblər, özü də səhv tərcümə. Sizə həmin kitabın (saytın) linkini yazırıq və həmin səhifəni bura copy edirik. Həmçinin türkcə olan tərcüməni də ateistlərin saytından copy edirik:

Türkcə verdikləri tərcümə:
…Denize bir borudan akar gibi karışan tatlı suyun özellikleri daha da ilginç ve harikadır. Çünkü suda hayret edilecek özellikler vardır. Kendisi daha ağır olan deniz suyu, kendisinden daha hafif olan tatlı suyu üzerinde taşır. Dolayısıyla tatlı su, deniz suyundan hafif olduğu için deniz suyuna karışmaz ve denizin üzerinde yüzer. (Gaius Plinius Secundus, Naturalis Historiae II, CVI 224)

İngilsicə kitabdan mətnin əvvəli:
BOOK II. cvi. 224-226
Sayt: http://archive.org/stream/naturalhistory01plinuoft/naturalhistory01plinuoft_djvu.txt
 (CTRL+F edərək "224-226" yazarsanız həmin hissəni tapa bilərsiz)

This is rendered more remarkable by springs of fresh water bubbling out as if from pipes on the sea shore.In fact, the nature of water also is not deficient in marvels.Patches of fresh water float on the surface of the sea, being doubtless lighter. Consequently, also sea water being of a heavier nature, gives more support to objects floating upon it. But some fresh waters too float on the surface of others; cases…….

Əslində tərcümə:
Şirin suyun dənizə bir borudan axırmış kimi tökülməsi heyranedici görsənir.Əslində,suyun xarakteri kifayət edəcək şəkildə möcüzəli deyil.Şirin su sahəsi şübhəsizki yüngül olduğuna görə dənizin üzərində üzür. Beləliklə dəniz suyu ağır xüsusiyyətə sahib olduğundan üzərində (şirin) suyun üzməsinə kömək edir (səbəb olur).Ancaq bəzi şirin sular (dənizdən) başqalarının səthində də olur.o halda ki, …..və sair,və sair.

Göründüyü kimi burda “qarışmaq” sözü “mix” belə yoxdur. Ancaq həmin türk saytları tərcümədə “qarışmamaq” sözünü yapşdırıblar. İndi deyəcəksiniz ki “üzərində üzürsə” deməli qarışmır. Amma üzərində üzməsi o demək deyilki şirin su duzlu suya az da olsa qarışmır. Başqa bir məqam da ondan ibarətdir ki, kitabın başqa bir səhifəsində şirin və dəniz suyunun qarışmasını yazır. (BOOK 11. cvi. 233-cix. 235 : fresh water has to be mixed with sea water for the salt to be deposited )  [1]

Gəlin birdə düşünək ki, Pliniusun kitabında doğurdan da bu mövzu Quranda keçdiyi kimi yazılıb. O zaman bu suallar ortaya çıxır:

1) Quranın insan əli ilə yazılıb günümüzə qədər dəyişikliyə uğrayaraq gəldiyini söyləyənlər, yuxarıda bəhs olunan kitabın dəyişdirilmədiyinə necə bu qədər əmin ola bilirlər?


2) Bu kitabın hər əsrdə elm adamlarının əlindən keçdiyini bilə-bilə (Naturalis Historianın XVIII əsrdə bütün alimlər tərəfindən etibarsız qəbul edilib, XIX əsrdə isə tərsinə, bütün alimlərin bunu şah əsər əsər kimi təqdim
etməsini) obyektiv düşünərək, kitabın dəyişdirilmədiyini qəbul ədib necə
mənbə göstərə bilirlər?

3) Bu hadisə, Qurandan əsrlər əvvəl məlum olsa belə, Quranda bu 
hadisənin keçməsi və açıqlanması doğruluq payından bir şey itirərmi? [7]

Yaxşı bir də ateistlərin "əslində qarışır" dedikləri su nəyi ifadə edir? Elmi mənada Mixing Zone deyə ifadə edilən bu bölgə ilə Quranın "Bərzəx" deyə ifadə etdiyi ifadə bir-birini əvəz edir. Qarışma bölgəsi deyə təbir edilən bu bölgə "Bərzəx" sayəsində:
1. İki dəniz kütləvi mənada bir-birinə qarışmaz
2. Bu bölgə sayəsində tədrici olaraq su keçidi təmin edilərək sıxlıqları qorunur.

("şirin sulu dənizdə mərcan və mirvari olarmı?" sualına da in şa Allah başqa yazıda toxunarıq)

Ümumiyyətlə uzun illər ərzində  alimlər dənizlərlə, çaylarla bağlı uzun araşdırmalar etmişlər. Hələ b.e.ə 4-cü əsrdə məşhur dənizçi Piteas aşkar etdi ki, səmadakı Ayla dənizin çəkilmə-qabarması arasında hansısa bir rabitə var. Məşhur alim Ərəstun (Aristotel), həmçinin b.e.ə yaşayan Strabon dəniz həyatına, inkişafına aid müxtəlif fərziyyələr və nəzəriyyələr aşkar etmişdir... Onlardan biri də Muhəmməd İbrahim ul-Səmrə idi, o yazır: 
“Tarixi mənbələrə görə İslamın meydana gəlməsindən sonra ərəb və fars alimləri dənizi öyrənməyə əl atdılar."

Yalnız 20-ci əsrin axırlarında, dənizşünaslıq elminin inkişafı yeni təkan aldı. Alimlər belə nəticəyə gəldilər ki, dəniz aləmi 3 hissədən ibarətdir: 1) Çay suları - hansı ki, çox şirindir. 2) Dəniz suları - çox duz mövcuddur. 3) Çayın yatağında şirin və şor suların qarışığı olan su. [2]

Ən çox vurğulanan məqamlardan biri də Aralıq dənizi ilə Atlantik okeanının Cəbəllütariq boğazında bir-birinə qarışmaması söhbətidir.                               
                                          

Bu fotoşəkil 2010 iyul ayında Alyaska Körfəzi turuna çıxan bir turist olan Kent Smithin kamerasından çəkilmişdir. Qısa müddətdə Flickr və Reddit üzərindən yayılan və okeanların qarışmadığını göstərdiyi iddia edilən fotoşəkil, bir neçə il içərisində 860.000 civarında “tıklanma” alaraq, Smithi yalançı bir populyarlığa qovuşdurmuşdur. Artan maraq və yalan xəbərlər üzərinə Santa Kruz'da yerləşən Kaliforniya Universitetində okean elmləri professoru olan Ken Bruland iddianın yalan olduğunu açıqlamış, bunun Alyaska Körfəzindəki buzlaqlara aid qalıqları daşıyan 286 mil uzunluğundakı Copper çayı kimi bəzi çayların okeana axan bölgələrdən birinə aid olduğunu söyləmişdir. Xüsusilə dəmir baxımından zəngin olan bu axıntılar, suyun rəngini normal okean rəngindən olduqca fərqliləşdirməkdədir və bu səbəblə, suların qarışdığı bölgədə bu şəkildə rəng fərqlilikləri yaratmaqdadır. [3]

Bu düzgün olmayan məlumatdır..Yanlış məlumatlarla bir çox möcüzə çıxaran Harun Yəhya və digər insanlar bunu türk mediasına çıxarmışdı...Niyə buqədər əminliklə deyirik ?! Çünki adı çəkilən ayələrdə şirin və duzlu sulardan bəhs edilir. Ancaq bunların hər ikisi duzludur. Ola bilər az qarışsın, bir birindən fərqlənsin. Amma iş orasındadır ki, qarışma baş verir və hər ikisi duzludur. Elə bu səbəbdən Cəbəllütariq boğazını bu ayələrə aid hesab etməyin doğru olmadığı qənaətindəyik. Bunun kimi bir çox örnək verə bilərik məsələn:
                                           
Tuna, Ilz və Inn çayları, Almaniya

Rhone və Arve çayları, İsveçrə

Jiangling və Yantszı çayları, Çin

        Bu mövzuda fransız səyyah Kapitan Kustodan da bəhs etmək lazımdır.
                                                         
Jak-İv Kusto (1910-1997)
Onun dənizlərin qarışmadığını gördükdən sonra heyrətlənməsi doğrudur. Lakin bundan sonra müsəlman olduğu ilə əlaqədar iddialar isə həqiqəti tam olaraq əks etdirmir. ”Kusto Vəqfi” yazılı olaraq bunun doğru olmadığını açıqlamışdı.

                                                

Tərcümə:



Məktubunuzu aldıq və maraqlandığınız üçün təşəkkür edirik.
Cənab Cousteau (Kusto), müsəlman olmamışdır və deyilənlər həqiqəti əks etdirmir.
Böyük Hörmətlərimlə..

Didier CERCEAU
 (Qurum məsuliyyətlisi/vəzifəlisi)   [4]


Onu deyək ki, ilk əvvəl maraqlı kimi görünən cazibəli fikirlərə inanmayın. İslam ağıl məntiq dinidir. İnternet əlimizin altındadır, fikirləşərək araşdırma edək.

(Ya Peyğəmbər! Bu Quran) sənə nazil etdiyimiz mübarək bir Kitabdır ki, (insanlar) onun ayələrini düşünüb dərk etsinlər və ağıl sahibləri də (ondan) ibrət alsınlar! (Sad\29)
                                                    
Qayıdaq yenə əsas mövzumuza, yuxarıda verdiyimiz ayəyə (Furqan/53) bir daha nəzər salaq:

Birinin suyu dadlı və şirin, digərininki isə duzlu və acı olan iki dənizi qovuşduraraq aralarında maneə və keçilməz sədd qoyan Odur.

Bu fakt, dənizdə və quruda bir çox yerdə görülməkdədir, yəni şirin suyla acı su yan-yana olmaqdadır. Türk admiralı Seydi Əli Rəis, "Meratü'l-Məmalik" adlı əsərində (16. əsr), İran körfəzində, dənizin acı sularının altında şirin su qaynaqlarının olduğunu və donanması üçün bunlardan faydalandığını yazar. Amerikan Neft Şirkəti də içməli su üçün Zahran (xəritədə Dhahran adıyla keçər) yaxınlığında quyuları qazmadan əvvəl İran Körfəzindəki eyni qaynaqlardan su almışdı. Bəhreyn yaxınlığında da, dəniz yatağında xalqın son zamanlara qədər su aldığı şirin su qaynaqları var idi. (Tefhimü-l Quran’dan təfsir) 

Bəhreyn, hamısı Bəsrə Körfəzi (İran) içində qalan yeganə ada dövlətidir. Ayədə keçən "furat" kəlməsi həm şirin su, həm də xüsusi ad olaraq Fərat Çayı mənasına gəlir.Fərat Çayı suları Bəsrə körfəzinə tökülən ən uzun çaydır. Göründüyü kimi, Bəhreyn və Fərat Çayı Bəsrə körfəzi ilə birbaşa bağlı olan yerlərdir."Bəhreyn" və "Furat" sözlərinin Furqan surəsinin 53-cü ayəsində keçməsi, surə və ayə nömrələrinin enlik və uzunluqun (25-ci enlik- 53-cü meridian) koordinat olaraq Bəsrə Körfəzini işarə etməsi, bir möcüzədir. [5]


Bu vəziyyət, niyə duzlu su ilə şirin suyun düşmədiyi digər yerlərin deyil, Fars Körfəzinin ayədə nəzərdə tutulan dəniz kimi əsas alınması lazım olduğu məsələsinə aydınlıq gətirir.


İndi isə ayənin elmi izahını verək,buna "osmos hadisəsi" və ya bir sıra digər iddialar səslənsədə,bizim fikrimizcə doğru olan tərif Halocline-dır.Yenə də doğrusunu Allah bilir (Abdullah İbn Məsud /r.a./ söyləmiş ki: .."sizdən birinizin bilmədiyi bir şey üçün 'Allah bilir' deməsi də elmdir..")


Halocline

İngilis dilində "Halocline" deyə adlandırılan bir dəniz sistemi var. Bu sistem dənizin fərqli duzluluq nisbətləri səbəbiylə suların qarışmamasını təmin edir. (Bax: https://tr.wikipedia.org/wiki/Haloklin)
                                                                                       

Ayədə Allah dənizə arasında qarışmağı əngəlləyən bir maneə olduğunu söyləyir. Bu maneə Halocline təbəqəsidir. Şəkildə gördüyünüz üfiqi təbəqə. Bu təbəqənin içində sular qarışır, lakin təbəqənin xaricində suyun bir tərəfi nisbətlə duzlu qalır və digər tərəfi nisbətlə şirin qalır. Niyə nisbətlə deyirik? Çünki şirin suda belə duz vardir. Duzlu su altda qalır və şirin su üstdə üzür. Halocline suların bir-birinə qarişmasina maneə törədir


Bu dediklərimiz müşahidə edilmiş elmi həqiqətlərdir. Bu açıqlama Quranın qətiliklə səhv olmadığını, hətta səhv olmağı buraxın, ayədə möcüzə olduğunu belə etibarlı edər, çünki bu halocline daha hələ yeni kəşf edilmişdir. [6]

Qaldı ki, Allah Qurani-Kərimdə bizim bilməyimiz istədiyi hadisələri, möhtəşəm bir şəkildə öz halıyla izah etmişdir. Yəni uca Allahın, Quranın endiyi və elmin inkişaf etmədiyi dövrdə  İslamın təbliği zamanı insanlara bu hadisəni onların anlayacağı şəkildə izah etməsi qədər təbii bir şey yoxdur. Quranın ən əhəmiyyətli xüsusiyyətlərindən biri anlaşılan olan bir dillə, sadəlik içində möhtəşəmliyə sahib olmasıdır. Bunu məntiq çərçivəsi içində düşündüyünüzdə də çox aydın olduğuna haqq verərsiniz.

Yekunlaşdırmaq gərəkərsə, Allahın Quranda o qədər möcüzəsi varkən, tək-tük söz oyunlarına  söykənərək çirkin iftiralar atmağa çalışan ateist, aqnostik, deist insanların "Dəniz suyunun qarışmaması yalandır!" kimi sözlərlə İslamı qaralamağa çalışmaq sözün tam mənasıyla bekarçılıqdandı və axmaqlıqdır. Nə deyilirsə deyilsin, hər iddialarının cavablarını elə Qurandan verə biləcəyimizkən,davamlı iftiralar atmaq hörmət göstərməməyin bariz nümunəsidir. Quranın özü başlı başına bir möcüzədir və həmişə elə qalacaq. [7]

Diqqət: Bu məqaləni bütövlükdə copy edib digər saytda, blogda yayımlamaq istəsəniz, bizim verdiyimiz mənbələri, eləcə də blogumuzu mənbə kimi göstərin.

İstifadə olunan mənbələr: