Bəzilərinin irad bildirdikləri mövzu Quranda “şirin və
duzlu dənizlər” “dənizlərin qarışmaması” mövzusudur.Əslində hamımız Cəbəllütariq
boğazı kimi bilirdik bu məsələni, ancaq araşdırandan sonra çox şey aydın olur. İlk öncə Qurani-Kərimdə
bu mövzuda keçən ayələrə baxaq:
Fatir surəsi ayə: 12
İki dəniz eyni deyildir. Birinin suyu dadlı, şirin və
içməyə rahat, digərininki isə həddindən artıq duzlu və acıdır. Onların hər
birindən təzə balıq yeyir, taxdığınız zinət əşyalarını çıxarırsınız. Sən gəmilərin
onu yara-yara üzdüyünü görürsən. Bütün bunlar Allahın lütfünü axtarıb
tapmağınız və şükür etməyiniz üçündür.
Rəhman surəsi ayə:
19. O, qarşı-qarşıya gələn iki dənizi bir-birinə qovuşdurdu.
20. Onların arasında maneə vardır, onu keçə bilməzlər.
Furqan sürəsi ayə: 53
Birinin suyu dadlı və şirin, digərininki isə duzlu və
acı olan iki dənizi qovuşduraraq aralarında maneə və keçilməz sədd qoyan Odur.
Bir çox ateist sayt Məhəmməd Peyğəmbər (s.a.v)-dən 550
il öncə yaşamış olduğu deyilən Gaius Plinius Secundusunv (23-79 illər) Naturalis
Historia əsərində şirin və duzlu suların qarışmamasını yazdığını bildirirlər. Ancaq ateist türk saytlarında olan tərcümə ilə
eynilik təşkil etmirdi. Özlərinə lazım olan hissəni tərcümə ediblər, özü də səhv
tərcümə. Sizə həmin kitabın (saytın) linkini yazırıq və həmin səhifəni bura copy
edirik. Həmçinin türkcə olan tərcüməni də ateistlərin saytından copy edirik:
Türkcə verdikləri tərcümə:
…Denize bir borudan akar gibi karışan tatlı suyun
özellikleri daha da ilginç ve harikadır. Çünkü suda hayret edilecek özellikler
vardır. Kendisi daha ağır olan deniz suyu, kendisinden daha hafif olan tatlı
suyu üzerinde taşır. Dolayısıyla tatlı su, deniz suyundan hafif olduğu için
deniz suyuna karışmaz ve denizin üzerinde yüzer. (Gaius Plinius Secundus, Naturalis
Historiae II, CVI 224)
İngilsicə kitabdan mətnin əvvəli:
BOOK II. cvi. 224-226
Sayt: http://archive.org/stream/naturalhistory01plinuoft/naturalhistory01plinuoft_djvu.txt
(CTRL+F edərək "224-226" yazarsanız həmin hissəni tapa bilərsiz)
(CTRL+F edərək "224-226" yazarsanız həmin hissəni tapa bilərsiz)
This is rendered more remarkable by springs of fresh
water bubbling out as if from pipes on the sea shore.In fact, the nature of
water also is not deficient in marvels.Patches of fresh water float on the
surface of the sea, being doubtless lighter. Consequently, also sea water being
of a heavier nature, gives more support to objects floating upon it. But some
fresh waters too float on the surface of others; cases…….
Əslində tərcümə:
Şirin suyun dənizə bir borudan axırmış kimi tökülməsi
heyranedici görsənir.Əslində,suyun xarakteri kifayət edəcək şəkildə möcüzəli
deyil.Şirin su sahəsi şübhəsizki yüngül olduğuna görə dənizin üzərində
üzür. Beləliklə dəniz suyu ağır xüsusiyyətə sahib olduğundan üzərində (şirin) suyun
üzməsinə kömək edir (səbəb olur).Ancaq bəzi şirin sular (dənizdən) başqalarının səthində
də olur.o halda ki, …..və sair,və sair.
Göründüyü kimi burda “qarışmaq” sözü “mix” belə
yoxdur. Ancaq həmin türk saytları tərcümədə “qarışmamaq” sözünü yapşdırıblar. İndi
deyəcəksiniz ki “üzərində üzürsə” deməli qarışmır. Amma üzərində üzməsi o demək
deyilki şirin su duzlu suya az da olsa qarışmır. Başqa bir məqam da ondan ibarətdir
ki, kitabın başqa bir səhifəsində şirin və dəniz suyunun qarışmasını
yazır. (BOOK 11. cvi. 233-cix. 235 : fresh water has to be mixed with sea water
for the salt to be deposited ) [1]
Gəlin birdə düşünək ki, Pliniusun kitabında doğurdan da bu mövzu Quranda keçdiyi kimi yazılıb. O zaman bu suallar ortaya çıxır:
1) Quranın insan əli ilə yazılıb günümüzə qədər dəyişikliyə uğrayaraq gəldiyini söyləyənlər, yuxarıda bəhs olunan kitabın dəyişdirilmədiyinə necə bu qədər əmin ola bilirlər?
2) Bu kitabın hər əsrdə elm adamlarının əlindən keçdiyini bilə-bilə (Naturalis Historianın XVIII əsrdə bütün alimlər tərəfindən etibarsız qəbul edilib, XIX əsrdə isə tərsinə, bütün alimlərin bunu şah əsər əsər kimi təqdim
etməsini) obyektiv düşünərək, kitabın dəyişdirilmədiyini qəbul ədib necə
mənbə göstərə bilirlər?
3) Bu hadisə, Qurandan əsrlər əvvəl məlum olsa belə, Quranda bu
hadisənin keçməsi və açıqlanması doğruluq payından bir şey itirərmi? [7]
Gəlin birdə düşünək ki, Pliniusun kitabında doğurdan da bu mövzu Quranda keçdiyi kimi yazılıb. O zaman bu suallar ortaya çıxır:
1) Quranın insan əli ilə yazılıb günümüzə qədər dəyişikliyə uğrayaraq gəldiyini söyləyənlər, yuxarıda bəhs olunan kitabın dəyişdirilmədiyinə necə bu qədər əmin ola bilirlər?
2) Bu kitabın hər əsrdə elm adamlarının əlindən keçdiyini bilə-bilə (Naturalis Historianın XVIII əsrdə bütün alimlər tərəfindən etibarsız qəbul edilib, XIX əsrdə isə tərsinə, bütün alimlərin bunu şah əsər əsər kimi təqdim
etməsini) obyektiv düşünərək, kitabın dəyişdirilmədiyini qəbul ədib necə
mənbə göstərə bilirlər?
3) Bu hadisə, Qurandan əsrlər əvvəl məlum olsa belə, Quranda bu
hadisənin keçməsi və açıqlanması doğruluq payından bir şey itirərmi? [7]
Yaxşı bir də ateistlərin "əslində qarışır"
dedikləri su nəyi ifadə edir? Elmi mənada Mixing Zone deyə ifadə edilən bu bölgə
ilə Quranın "Bərzəx" deyə ifadə etdiyi ifadə bir-birini əvəz edir.
Qarışma bölgəsi deyə təbir edilən bu bölgə "Bərzəx" sayəsində:
1. İki dəniz kütləvi mənada bir-birinə qarışmaz
2. Bu bölgə sayəsində tədrici olaraq su keçidi təmin
edilərək sıxlıqları qorunur.
("şirin sulu dənizdə mərcan və mirvari olarmı?" sualına da in şa Allah başqa yazıda toxunarıq)
Ümumiyyətlə uzun illər ərzində alimlər dənizlərlə, çaylarla bağlı uzun
araşdırmalar etmişlər. Hələ b.e.ə 4-cü əsrdə məşhur dənizçi Piteas aşkar etdi
ki, səmadakı Ayla dənizin çəkilmə-qabarması arasında hansısa bir rabitə var. Məşhur
alim Ərəstun (Aristotel), həmçinin b.e.ə yaşayan Strabon dəniz həyatına, inkişafına aid
müxtəlif fərziyyələr və nəzəriyyələr aşkar etmişdir... Onlardan biri də Muhəmməd
İbrahim ul-Səmrə idi, o yazır:
“Tarixi mənbələrə görə İslamın meydana gəlməsindən sonra ərəb və fars alimləri dənizi öyrənməyə əl atdılar."
“Tarixi mənbələrə görə İslamın meydana gəlməsindən sonra ərəb və fars alimləri dənizi öyrənməyə əl atdılar."
Yalnız 20-ci əsrin axırlarında, dənizşünaslıq elminin
inkişafı yeni təkan aldı. Alimlər belə nəticəyə gəldilər ki, dəniz aləmi 3 hissədən
ibarətdir: 1) Çay suları - hansı ki, çox şirindir. 2) Dəniz suları - çox duz mövcuddur. 3) Çayın yatağında şirin
və şor suların qarışığı olan su. [2]
Ən çox vurğulanan məqamlardan biri də Aralıq dənizi ilə
Atlantik okeanının Cəbəllütariq boğazında bir-birinə qarışmaması söhbətidir.
Bu fotoşəkil 2010 iyul ayında Alyaska Körfəzi turuna
çıxan bir turist olan Kent Smithin kamerasından çəkilmişdir. Qısa müddətdə
Flickr və Reddit üzərindən yayılan və okeanların qarışmadığını göstərdiyi iddia
edilən fotoşəkil, bir neçə il içərisində 860.000 civarında “tıklanma” alaraq,
Smithi yalançı bir populyarlığa qovuşdurmuşdur. Artan maraq və yalan xəbərlər
üzərinə Santa Kruz'da yerləşən Kaliforniya Universitetində okean elmləri
professoru olan Ken Bruland iddianın yalan olduğunu açıqlamış, bunun Alyaska
Körfəzindəki buzlaqlara aid qalıqları daşıyan 286 mil uzunluğundakı Copper çayı
kimi bəzi çayların okeana axan bölgələrdən birinə aid olduğunu söyləmişdir.
Xüsusilə dəmir baxımından zəngin olan bu axıntılar, suyun rəngini normal okean
rəngindən olduqca fərqliləşdirməkdədir və bu səbəblə, suların qarışdığı bölgədə
bu şəkildə rəng fərqlilikləri yaratmaqdadır. [3]
Tuna, Ilz və Inn çayları, Almaniya |
Rhone və Arve çayları, İsveçrə |
Jiangling və Yantszı çayları, Çin |
Bu mövzuda fransız səyyah Kapitan Kustodan da bəhs etmək
lazımdır.
Jak-İv Kusto (1910-1997) |
Onun dənizlərin qarışmadığını gördükdən sonra heyrətlənməsi doğrudur. Lakin bundan sonra müsəlman
olduğu ilə əlaqədar iddialar isə həqiqəti tam olaraq əks etdirmir. ”Kusto Vəqfi”
yazılı olaraq bunun doğru olmadığını açıqlamışdı.
Tərcümə:
Məktubunuzu aldıq və maraqlandığınız üçün təşəkkür
edirik.
Cənab Cousteau (Kusto), müsəlman olmamışdır və deyilənlər
həqiqəti əks etdirmir.
Böyük Hörmətlərimlə..
Didier CERCEAU
(Qurum məsuliyyətlisi/vəzifəlisi) [4]
(Qurum məsuliyyətlisi/vəzifəlisi) [4]
Onu deyək ki, ilk əvvəl maraqlı kimi görünən cazibəli
fikirlərə inanmayın. İslam ağıl məntiq dinidir. İnternet əlimizin altındadır, fikirləşərək
araşdırma edək.
(Ya Peyğəmbər! Bu Quran) sənə nazil etdiyimiz mübarək
bir Kitabdır ki, (insanlar) onun ayələrini düşünüb dərk etsinlər və ağıl sahibləri
də (ondan) ibrət alsınlar! (Sad\29)
Qayıdaq yenə əsas mövzumuza, yuxarıda
verdiyimiz ayəyə (Furqan/53) bir daha nəzər salaq:
Birinin suyu dadlı və şirin, digərininki isə
duzlu və acı olan iki dənizi qovuşduraraq aralarında maneə və keçilməz sədd
qoyan Odur.
Bu fakt, dənizdə və quruda bir çox yerdə
görülməkdədir, yəni şirin suyla acı su yan-yana olmaqdadır. Türk admiralı Seydi
Əli Rəis, "Meratü'l-Məmalik" adlı əsərində (16. əsr), İran körfəzində,
dənizin acı sularının altında şirin su qaynaqlarının olduğunu və donanması üçün
bunlardan faydalandığını yazar. Amerikan Neft Şirkəti də içməli su üçün Zahran
(xəritədə Dhahran adıyla keçər) yaxınlığında quyuları qazmadan əvvəl İran Körfəzindəki
eyni qaynaqlardan su almışdı. Bəhreyn yaxınlığında da, dəniz yatağında xalqın
son zamanlara qədər su aldığı şirin su qaynaqları var idi. (Tefhimü-l Quran’dan
təfsir)
Bəhreyn, hamısı Bəsrə Körfəzi (İran) içində
qalan yeganə ada dövlətidir. Ayədə keçən "furat" kəlməsi həm şirin
su, həm də xüsusi ad olaraq Fərat Çayı mənasına gəlir.Fərat Çayı suları Bəsrə
körfəzinə tökülən ən uzun çaydır. Göründüyü kimi, Bəhreyn və Fərat Çayı Bəsrə
körfəzi ilə birbaşa bağlı olan yerlərdir."Bəhreyn" və
"Furat" sözlərinin Furqan surəsinin 53-cü ayəsində keçməsi, surə və ayə
nömrələrinin enlik və uzunluqun (25-ci enlik- 53-cü meridian) koordinat olaraq
Bəsrə Körfəzini işarə etməsi, bir möcüzədir. [5]
Bu vəziyyət, niyə duzlu su ilə şirin suyun düşmədiyi digər yerlərin deyil, Fars Körfəzinin ayədə nəzərdə tutulan dəniz kimi əsas alınması lazım olduğu məsələsinə aydınlıq gətirir.
İndi isə ayənin elmi izahını verək,buna "osmos hadisəsi" və ya bir sıra digər iddialar səslənsədə,bizim fikrimizcə doğru olan tərif Halocline-dır.Yenə də doğrusunu
Allah bilir (Abdullah İbn Məsud /r.a./ söyləmiş ki: .."sizdən birinizin
bilmədiyi bir şey üçün 'Allah bilir' deməsi də elmdir..")
Halocline
İngilis dilində "Halocline" deyə
adlandırılan bir dəniz sistemi var. Bu sistem dənizin fərqli duzluluq nisbətləri
səbəbiylə suların qarışmamasını təmin edir. (Bax: https://tr.wikipedia.org/wiki/Haloklin)
Ayədə Allah dənizə arasında qarışmağı əngəlləyən
bir maneə olduğunu söyləyir. Bu maneə Halocline təbəqəsidir. Şəkildə
gördüyünüz üfiqi təbəqə. Bu təbəqənin içində sular qarışır, lakin təbəqənin
xaricində suyun bir tərəfi nisbətlə duzlu qalır və digər tərəfi nisbətlə şirin
qalır. Niyə nisbətlə deyirik? Çünki şirin suda belə duz vardir. Duzlu su altda
qalır və şirin su üstdə üzür. Halocline suların bir-birinə qarişmasina maneə
törədir
Bu dediklərimiz müşahidə edilmiş elmi həqiqətlərdir.
Bu açıqlama Quranın qətiliklə səhv olmadığını, hətta səhv olmağı buraxın, ayədə
möcüzə olduğunu belə etibarlı edər, çünki bu halocline daha hələ yeni kəşf
edilmişdir. [6]
Qaldı ki, Allah Qurani-Kərimdə bizim bilməyimiz
istədiyi hadisələri, möhtəşəm bir şəkildə öz halıyla izah etmişdir. Yəni uca
Allahın, Quranın endiyi və elmin inkişaf etmədiyi dövrdə İslamın təbliği zamanı insanlara bu hadisəni
onların anlayacağı şəkildə izah etməsi qədər təbii bir şey yoxdur. Quranın ən əhəmiyyətli
xüsusiyyətlərindən biri anlaşılan olan bir dillə, sadəlik içində möhtəşəmliyə
sahib olmasıdır. Bunu məntiq çərçivəsi içində düşündüyünüzdə də çox aydın
olduğuna haqq verərsiniz.
Yekunlaşdırmaq gərəkərsə, Allahın Quranda o qədər
möcüzəsi varkən, tək-tük söz oyunlarına
söykənərək çirkin iftiralar atmağa çalışan ateist, aqnostik, deist
insanların "Dəniz suyunun qarışmaması yalandır!" kimi sözlərlə İslamı qaralamağa çalışmaq sözün tam mənasıyla bekarçılıqdandı və axmaqlıqdır.
Nə deyilirsə deyilsin, hər iddialarının cavablarını elə Qurandan verə biləcəyimizkən,davamlı
iftiralar atmaq hörmət göstərməməyin bariz nümunəsidir. Quranın özü başlı
başına bir möcüzədir və həmişə elə qalacaq. [7]
Diqqət: Bu məqaləni bütövlükdə copy edib digər saytda, blogda yayımlamaq istəsəniz, bizim verdiyimiz mənbələri, eləcə də blogumuzu mənbə kimi göstərin.
İstifadə olunan mənbələr:
[1] https://cavablar.wordpress.com/2013/07/07/sirin-v%C9%99-duzlu-d%C9%99nizl%C9%99r-hansilardir/#more-116
Ətraflı anlatdığınız və və dəqiqliklə araşdırdığınız üçün Allah razı olsun.
YanıtlaSil