15 Haziran 2017 Perşembe

Müharibələrin səbəbi dindir?


Bəli iddialardan biri də budur.Biz burada iki şeyi bir-birindən ayırmalıyıq. İnsanların dini öz məqsədləri üçün istifadə edib döyüşmələri ilə dinin özünün özlüyündə döyüş səbəbi olması arasında əhəmiyyətli bir fərq var.Din ilə əlaqələndiriləcək bəlkə keçmişdə bir çox döyüş yaşanmış ola bilər. Ancaq bunlara baxıldığında, içlərində qanuni olmayan, insanların dini fərqli şərh edərək, siyasi məqsədlərinə çatma mənasında dini istifadə etdiyi bir çox hallar olmuşdur. Qəbul etmək lazımdır ki, din insanlar üzərində çox əhəmiyyətli bir təsirə sahibdir. Bu səbəblədir ki, tarixdə bir çox insan dini öz əməllərinə alət etmək üçün istifadə etmişdir.

Monqol və Roma istilaları, aztek-maya qətliamları, Napoleon müharibələri, 100-il müharibələri, 20-ci əsr dünya müharibələri, Uzaq Şərqin Çin-Yapon müharibələri, atom bombaları, Orta Şərqin neft, yaxud da Afrikanın almaz müharibələri… Yüz milyonlarla insanın həyatını itirməsinə səbəb olan bu müharibələrin heç biri dini zəmində deyildi.
Günahsız insanların öldüyü müharibələrin əsl səbəbi milli maraqlar, iqtisadi və siyasi üstünlük əldə etmək, müstəmləkəçilikdir. Liviya müharibəsini qızışdıran amil neft üzərindəki maraqlar idi. İraqda şiə-sünni-kürd münaqişəsinin təməlində də neft və təbii zənginliklərin bölüşdürülməsi istəyi var. Suriyada ən çox ölümlərə səbəb olan hava bombardımanı edənlərin təməldə heç bir dini ideologiyası yoxdur. Məqsədləri Aralıq dənizində geosiyasi üstünlük əldə etmək və ya Yaxın Şərqə nəzarət etməkdir. Şiə-sünni münaqişələri ancaq əsas niyyəti gizlətmək üçündür.
Döyüşlərlə əlaqədar edilən əhatəli bir araşdırmadan da bəhs etmək istəyirəm. Charles Phillips və Alan Axelrod, Döyüşlər Ensklopediyasında tarixdəki 1723 döyüşü araşdırmış və bunların səbəblərini ortaya qoymuşdur. Bu əsərə görə, bu döyüşlərin yalnız 123-ünün (7%-inin) din qaynaqlı olduğunu söyləmişlər. (Bax: https://en.wikipedia.org/wiki/Religious_war)

Bundan başqa İqtisadiyyat və Sülh İnstitutu (Institute for Economics and Peace) dinlə müharibələrin əlaqəsini ətraflı araşdırdı və nəticələrini 2014-cü ildəki hesabatları ilə elan etdi. Hesabat gözlənilənin əksinə, dindarlığın zorakılığı və müharibələri dəstəklədiyinə dair heç bir dəlil olmadığını açıqladı. Həmçinin hesabat : 2013-cü ildə dünyadakı 35 silahlı toqquşmadan heç birinin təkcə dini səbəbdən ortaya çıxmadığını bildirir. Bu münaqişələrin 14-ündə (40%) dinin rolu olmadığını, digər 21 qarşıdurmanın dinlə birlikdə ən az 3-4 fərqli səbəbə əsaslandığını müəyyən edib. Qlobal Sülh İndeksinə görə ən yüksək sülh səviyyəsinə malik 10 ölkənin üçü dindar ölkələrdən ibarətdir. Yenə sülh səviyyəsi ən yüksək 20 ölkənin 11-də xalqın 90%-i özünü dini inancları ilə xarakterizə edir. Ateizmin dövlət siyasəti olduğu Şimali Koreya, Çin və ya Qırğızıstan sülh mühitindən çox uzaqdırlar. Kommunist rejimlərin xalqları sülh şəraitindən uzaqlaşdırdıqları da hesabatın ortaya qoyduğu başqa bir dəlildir. ” Müsəlman ölkələrində şiə və sünni bölgüsü sülh şəraitini müəyyən edirmi?” sualını hesabat belə cavablandırıb : "sülh və məzhəb fərqləri arasında müəyyənedici əlaqə yoxdur" Belə ki, əhalinin 85%-i sünni, 15%-i şiə olan Qətər sülh səviyyəsi olaraq 11-ci yerdə olduğu halda, oxşar vəziyyətdəki Əfqanıstanda vətəndaş müharibəsi şəraiti yaranır. Yenə eyni şəkildə əhalisinin 50%-i şiə, 50%-i sünni olan Bəhreyndə sülh mühiti olduğu halda, oxşar vəziyyətdəki Yəməndə vətəndaş müharibəsi baş verir.
Bunların bir qismində də bəlkə dini, motivasiya edici, insanları birləşdirici bir ünsür olaraq istifadə etmişlər. Bu, döyüşlər dinlər səbəbiylə olur demək deyil. Çünki, bunların arxasında, insanın bitməyən istəyi yatmaqdadır. Məsələn, futbolu düşünək. Dinlə hər hansı bir əlaqəsi yoxdur elə deyil mi? Hətta normal şərtlərdə bir əyləncə və idman sahəsidir.Yaxşı, elə isə niyə bir çox şiddət ehtiva edən hərəkəti də içində saxlayır çox vaxt. Bunun səbəbi insanın özünü idarə edə bilməməsi, ehtiraslı olması, dözümsüz olması, mərhəmətsiz olmasıdır. Demək olur ki, əsl qaynaq insandır. 

İnsanın döyüş çıxaracağını Allah bilirdi

Hadisəyə Quran baxımından baxdığımızda isə xüsusilə Bəqərə surəsindəki bir neçə ayəyə burada toxunmaq istəyirəm. Bəqərə 30-34 arası ayələrdə, insanın dünyada xəlifə olmasından əvvəl mələklərin insan haqqında etdiyi şərhə şahid oluruq. Mələklər açıq bir şəkildə, Allahın niyə dünyada müharibələr çıxaracaq bir varlıq yaratdığını anlamır. Açıqcası, bu an bizim soruşduğumuz problemin eynisini soruşurlar Allaha:

(Ya Rəsulum!) Sənin Rəbbin mələklərə: "Mən yer üzündə bir xəlifə (canişin) yaradacağam", - dedikdə (mələklər): "Biz Sənə şükür etdiyimiz, şə´ninə tə´riflər dediyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada (yer üzündə) fəsad törədəcək və qan tökəcək bir kəsmi yaratmaq istəyirsən?"- söylədilər. (Allah onlara: ) " Mən bildiyim şeyi siz bilmirsiniz!"-buyurdu (Bəqərə/30)

Çox maraqlıdır deyil mi? Tam da bizim anlamağa çalışdığımız sualı mələklərin Allaha yönəltdiyini görürük. Bu ayə əslində biz insanların düşünməsi üçün Allahın bizə bildirdiyi bir mövzudur. Yəni Allah bizə bunun hikmətlərinə aid göstərişlər verir. Ayənin davamında Allah belə cavab verir:

"...Mən bildiyim şeyi siz bilmirsiniz!..." (Bəqərə/30)

Buradan xülasəylə anladığımız şey Allahın bunu bilərək və istəyərək etdiyidir. Yəni Allah insanların kiminin azad iradəsini yanlış istifadə edərək səhv edəcəyini və qan tökəcəyini bilir. Davam edən ayələrdə, Allahın mələklərdən daha üstün bir canlı yaratmaq istədiyini və bu canlıda 'azad iradə' olacağına dair işarələr verilir.
Buradan çıxarılması lazım olan dərs məncə bu, Allah azad iradəsi olan bir canlı yaradır. Azad iradə də, insanın yaxşı ya da pisdən hər hansı birini edə bilməsinə imkan verir. Bu vəziyyətdə, edilən pisliklər Allahın deyil, insanın seçimidir. Allah yalnız insanın bunu edə bilməsinə imkan vermiş olur. Bu da müvəqqəti bir müddət üçün, test üçün və hər kəsin haqqını alacağı bir son üçündür.
Xülasəylə bu mövzuda bunu bildirmək gərəkdir ki, gerçək din və bizim üçün Qurandakı din, müdafiə məqsədli, həddindən artığa gedilməyən bir döyüşü qanuni nəzərdə tutmaqdadır. (Dərin bir mövzu olduğundan başqa bir yazıda ələ almaq üzrə bunun isbatını keçirəm)
Müharibələr, qırğınlar, soyqırımlar bəşəriyyətin çoxəsrlik eyibidir. Qan tökülməsini qanuni göstərəcək heç bir əsaslı səbəb ola bilməz. Müharibələrdən qazanan yoxdur, itirən isə bütün insanlıqdır. Əsrlərdir axan qanı durdurmaq dünya xalqlarının birinci məsələsidir. Bu isə ancaq pisin qarşısında yaxşıların ittifaqı ilə reallaşa bilər.
                                                   
İstifadə olunan mənbələr:
1) http://gokhanyilmaz.com/savaslarin-nedeni-dinler-mi/
2) http://az.evolutiondeceit.com/az/M%C9%99qal%C9%99l%C9%99r/219199/muharib%C9%99l%C9%99rin-s%C9%99b%C9%99bi-dindir