24 Ağustos 2017 Perşembe

İhsan Şenocak-Quran ilə aldadanlar

                 Yüklə

1 - MUSTAFA İSLAMOĞLU VƏ QƏTL EDİLƏN KÖRPƏLƏR
      2 - MUSTAFA İSLAMOĞLUNUN FİKİR KÖLƏLİYİ LAYİHƏSI
                            3 - QƏRBİN AĞIL OCAĞINDA BUXARLANAN HƏQİQƏT: NÜZULU-İSA                                 (Hz. İsanın nüzulu)
                             4 - MEHDİ GƏLƏCƏKMİ?
                    5 - SÜNNƏYƏ UYDURULMUŞ DİN DEYƏN "QURAN MÜSƏLMANLIĞI" KİMİN                        LAHİYƏSİDİR?
                               6 - SÜNNƏ DÜŞMANINDAN ƏN YENİ ŞƏRQŞÜNAS NAĞILLARI
                           7 - KİLSƏNİN ƏN SON VƏ ƏN TƏHLÜKƏLİ OYUNU: SÜNNƏNİ RƏDD                                            EDƏN "QURANİLƏR FİRQƏSİ"

                          Mənbə: https://archive.org/details/QuranIleAldadanlar

16 Ağustos 2017 Çarşamba

Kor termitlərin göydələnləri

Termitlər

Kor fəhlələrin Empire State böyüklüyündə bina inşa etməsi mümkündür? İnsanlar belə şeyi bacarmazlar. Amma kor termitlər həyatları boyu öz boylarına nisbətdə Empire State hündürlüyündə yuvalar tikirlər.
Termitlərin qurduqları nəhəng yuvaları insanların tikdikləri binalar ilə müqayisə etməzdən əvvəl termitləri ümumi şəkildə təsvir etmək lazımdır. Termitlərin məlum olan ən mühüm xüsusiyyətlərindən biri insanların belə asanlıqla yıxa bilmədikləri möhkəm yuvalar tikmələridir. Hər növ öz ehtiyacı olan xüsusiyyətlərə görə müxtəlif tipli yuvalar inşa edir. Bəziləri yandırıcı istilikdən qorunmaq üçün, digərləri isə yağışdan qorunmaq üçün yuva tikir. Bu yuvalar ağac içlərində olduqları kimi əksəriyyəti torpağın üstündə və altında da yerləşirlər.


Bir termit yuvasını açdıqda qarşınıza süngərəbənzər görüntü çıxar. Yuva təxminən 2.5 sm enində və ya daha dar saysız-hesabsız hücrədən ibarətdir. Bu hücrələri bir-birlərinə ancaq termitlərin keçəcəyi böyüklükdə dar dəliklər bağlayır. Termitlərin bu gözəl binaları tikərkən istifadə etdikləri xam maddə isə sadəcə torpaq, öz selikləri və tullantılarından ibarətdir. Bu cür bəsit xam maddə ilə bəziləri ancaq dinamitlə yıxılacaq qədər möhkəm olan, üstəlik içində labirintlər, ventilyasiya sistemləri və kanallar kimi hərtərəfli sistemlər olan yuvalar tikirlər.
Görünüş cəhətdən qülləyə bənzəyən ehtişamlı yuvaları tikən termitlərin əsl möcüzəvi xüsusiyyəti isə daha əvvəl də bəhs etdiyimiz kimi, kor olmalarıdır. Bu son dərəcə təəccüblü vəziyyətdir. Termitlər nə qurduqları tunelləri, nə də ucaltdıqları otaqları görə bilirlər.
Termitlərlə insanların tikdikləri binalar müqayisə edildikdə gördükləri işin qeyri-adiliyi daha aydın şəkildə üzə çıxır. Məhz bu səbəbdən termitlərin tikdikləri göydələnləri daha yaxşı dəyərləndirmək üçün Amerikadakı Empire State binası ilə müqayisə etdik. Bu binanın hündürlüyü 443 metrdir. Termitlər isə 1-2 sm-lik həşəratlardır. Bu kiçik bədənlərinə baxmayaraq 7 metr hündürlüyündə nəhəng yuvalar tikirlər. Əgər termitlərin insanlarla eyni boyda olsaydılar, tikdikləri yuvalar da Empire State binasının hal-hazırki hündürlüyündən 4 dəfə çox olardı. İnsanların görə bilmədiyi bu qeyri-adi işi kor termitlər milyon ildir ki, mövcud olduqları andan etibarən görürlər.
Görməyən minlərlə insanı bir yerə yığsanız, hər cür texniki alətləri də ixtiyarlarına versəniz, əsla bir termit koloniyasının düzəltdiyi yuvaya bənzər bir quruluş inşa edəcəklərinə təminat verə bilməzsiniz. O halda düşünün:
* 1-2 sm boyu olan bir termit bu qədər incə bir dizayn qura biləcək memarlıq və mühəndislik biliklərinə necə yiyələnib?
* Görməyən minlərlə termit bu sənət möcüzəsi olan tikilini əmələ gətirmək üçün harmoniya içində işləməyə necə müvəffəq olmuşlar?
Buradan çıxan nəticə budur: Allah yaratdığı canlıları bənzərsiz və örnəksiz yaratmışdır və tək bir termit yuvası da insanın Allahı dərk etməsi, hər şeyi yaradanın Allah olduğuna inanması üçün kifayətdir.

Allah hər şeyin xaliqidir. O, hər şeyə vəkildir! (Zumər surəsi, 62)



Mənbələr:

15 Ağustos 2017 Salı

Quranda dənizlərin qarışmaması mövzusu


Bəzilərinin irad bildirdikləri mövzu Quranda “şirin və duzlu dənizlər” “dənizlərin qarışmaması” mövzusudur.Əslində hamımız Cəbəllütariq boğazı kimi bilirdik bu məsələni, ancaq araşdırandan sonra çox şey aydın olur. İlk öncə Qurani-Kərimdə bu mövzuda keçən ayələrə baxaq:

Fatir surəsi ayə: 12
İki dəniz eyni deyildir. Birinin suyu dadlı, şirin və içməyə rahat, digərininki isə həddindən artıq duzlu və acıdır. Onların hər birindən təzə balıq yeyir, taxdığınız zinət əşyalarını çıxarırsınız. Sən gəmilərin onu yara-yara üzdüyünü görürsən. Bütün bunlar Allahın lütfünü axtarıb tapmağınız və şükür etməyiniz üçündür.

Rəhman surəsi ayə:
19. O, qarşı-qarşıya gələn iki dənizi bir-birinə qovuşdurdu.
20. Onların arasında maneə vardır, onu keçə bilməzlər.

Furqan sürəsi ayə: 53
Birinin suyu dadlı və şirin, digərininki isə duzlu və acı olan iki dənizi qovuşduraraq aralarında maneə və keçilməz sədd qoyan Odur.

Bir çox ateist sayt Məhəmməd Peyğəmbər (s.a.v)-dən 550 il öncə yaşamış olduğu deyilən Gaius Plinius Secundusunv (23-79 illər) Naturalis Historia əsərində şirin və duzlu suların qarışmamasını yazdığını bildirirlər. Ancaq ateist türk saytlarında olan tərcümə ilə eynilik təşkil etmirdi. Özlərinə lazım olan hissəni tərcümə ediblər, özü də səhv tərcümə. Sizə həmin kitabın (saytın) linkini yazırıq və həmin səhifəni bura copy edirik. Həmçinin türkcə olan tərcüməni də ateistlərin saytından copy edirik:

Türkcə verdikləri tərcümə:
…Denize bir borudan akar gibi karışan tatlı suyun özellikleri daha da ilginç ve harikadır. Çünkü suda hayret edilecek özellikler vardır. Kendisi daha ağır olan deniz suyu, kendisinden daha hafif olan tatlı suyu üzerinde taşır. Dolayısıyla tatlı su, deniz suyundan hafif olduğu için deniz suyuna karışmaz ve denizin üzerinde yüzer. (Gaius Plinius Secundus, Naturalis Historiae II, CVI 224)

İngilsicə kitabdan mətnin əvvəli:
BOOK II. cvi. 224-226
Sayt: http://archive.org/stream/naturalhistory01plinuoft/naturalhistory01plinuoft_djvu.txt
 (CTRL+F edərək "224-226" yazarsanız həmin hissəni tapa bilərsiz)

This is rendered more remarkable by springs of fresh water bubbling out as if from pipes on the sea shore.In fact, the nature of water also is not deficient in marvels.Patches of fresh water float on the surface of the sea, being doubtless lighter. Consequently, also sea water being of a heavier nature, gives more support to objects floating upon it. But some fresh waters too float on the surface of others; cases…….

Əslində tərcümə:
Şirin suyun dənizə bir borudan axırmış kimi tökülməsi heyranedici görsənir.Əslində,suyun xarakteri kifayət edəcək şəkildə möcüzəli deyil.Şirin su sahəsi şübhəsizki yüngül olduğuna görə dənizin üzərində üzür. Beləliklə dəniz suyu ağır xüsusiyyətə sahib olduğundan üzərində (şirin) suyun üzməsinə kömək edir (səbəb olur).Ancaq bəzi şirin sular (dənizdən) başqalarının səthində də olur.o halda ki, …..və sair,və sair.

Göründüyü kimi burda “qarışmaq” sözü “mix” belə yoxdur. Ancaq həmin türk saytları tərcümədə “qarışmamaq” sözünü yapşdırıblar. İndi deyəcəksiniz ki “üzərində üzürsə” deməli qarışmır. Amma üzərində üzməsi o demək deyilki şirin su duzlu suya az da olsa qarışmır. Başqa bir məqam da ondan ibarətdir ki, kitabın başqa bir səhifəsində şirin və dəniz suyunun qarışmasını yazır. (BOOK 11. cvi. 233-cix. 235 : fresh water has to be mixed with sea water for the salt to be deposited )  [1]

Yaxşı bir də ateistlərin "əslində qarışır" dedikləri su nəyi ifadə edir? Elmi mənada Mixing Zone deyə ifadə edilən bu bölgə ilə Quranın "Bərzəx" deyə ifadə etdiyi ifadə bir-birini əvəz edir. Qarışma bölgəsi deyə təbir edilən bu bölgə "Bərzəx" sayəsində:
1. İki dəniz kütləvi mənada bir-birinə qarışmaz
2. Bu bölgə sayəsində tədrici olaraq su keçidi təmin edilərək sıxlıqları qorunur.

("şirin sulu dənizdə mərcan və mirvari olarmı?" sualına da in şa Allah başqa yazıda toxunarıq)

Ümumiyyətlə uzun illər ərzində  alimlər dənizlərlə, çaylarla bağlı uzun araşdırmalar etmişlər. Hələ b.e.ə 4-cü əsrdə məşhur dənizçi Piteas aşkar etdi ki, səmadakı Ayla dənizin çəkilmə-qabarması arasında hansısa bir rabitə var. Məşhur alim Ərəstun (Aristotel), həmçinin b.e.ə yaşayan Strabon dəniz həyatına, inkişafına aid müxtəlif fərziyyələr və nəzəriyyələr aşkar etmişdir... Onlardan biri də Muhəmməd İbrahim ul-Səmrə idi, o yazır: 
“Tarixi mənbələrə görə İslamın meydana gəlməsindən sonra ərəb və fars alimləri dənizi öyrənməyə əl atdılar."

Yalnız 20-ci əsrin axırlarında, dənizşünaslıq elminin inkişafı yeni təkan aldı. Alimlər belə nəticəyə gəldilər ki, dəniz aləmi 3 hissədən ibarətdir: 1) Çay suları - hansı ki, çox şirindir. 2) Dəniz suları - çox duz mövcuddur. 3) Çayın yatağında şirin və şor suların qarışığı olan su. [2]

Ən çox vurğulanan məqamlardan biri də Aralıq dənizi ilə Atlantik okeanının Cəbəllütariq boğazında bir-birinə qarışmaması söhbətidir.                               
                                          

Bu fotoşəkil 2010 iyul ayında Alyaska Körfəzi turuna çıxan bir turist olan Kent Smithin kamerasından çəkilmişdir. Qısa müddətdə Flickr və Reddit üzərindən yayılan və okeanların qarışmadığını göstərdiyi iddia edilən fotoşəkil, bir neçə il içərisində 860.000 civarında “tıklanma” alaraq, Smithi yalançı bir populyarlığa qovuşdurmuşdur. Artan maraq və yalan xəbərlər üzərinə Santa Kruz'da yerləşən Kaliforniya Universitetində okean elmləri professoru olan Ken Bruland iddianın yalan olduğunu açıqlamış, bunun Alyaska Körfəzindəki buzlaqlara aid qalıqları daşıyan 286 mil uzunluğundakı Copper çayı kimi bəzi çayların okeana axan bölgələrdən birinə aid olduğunu söyləmişdir. Xüsusilə dəmir baxımından zəngin olan bu axıntılar, suyun rəngini normal okean rəngindən olduqca fərqliləşdirməkdədir və bu səbəblə, suların qarışdığı bölgədə bu şəkildə rəng fərqlilikləri yaratmaqdadır. [3]

Bu düzgün olmayan məlumatdır..Yanlış məlumatlarla bir çox möcüzə çıxaran Harun Yəhya və digər insanlar bunu türk mediasına çıxarmışdı...Niyə buqədər əminliklə deyirik ?! Çünki adı çəkilən ayələrdə şirin və duzlu sulardan bəhs edilir. Ancaq bunların hər ikisi duzludur. Ola bilər az qarışsın, bir birindən fərqlənsin. Amma iş orasındadır ki, qarışma baş verir və hər ikisi duzludur. Elə bu səbəbdən Cəbəllütariq boğazını bu ayələrə aid hesab etməyin doğru olmadığı qənaətindəyik. Bunun kimi bir çox örnək verə bilərik məsələn:
                                           
Tuna, Ilz və Inn çayları, Almaniya

Rhone və Arve çayları, İsveçrə

Jiangling və Yantszı çayları, Çin

        Bu mövzuda fransız səyyah Kapitan Kustodan da bəhs etmək lazımdır.
                                                         
Jak-İv Kusto (1910-1997)
Onun dənizlərin qarışmadığını gördükdən sonra heyrətlənməsi doğrudur. Lakin bundan sonra müsəlman olduğu ilə əlaqədar iddialar isə həqiqəti tam olaraq əks etdirmir. ”Kusto Vəqfi” yazılı olaraq bunun doğru olmadığını açıqlamışdı.

                                                

Tərcümə:



Məktubunuzu aldıq və maraqlandığınız üçün təşəkkür edirik.
Cənab Cousteau (Kusto), müsəlman olmamışdır və deyilənlər həqiqəti əks etdirmir.
Böyük Hörmətlərimlə..

Didier CERCEAU
 (Qurum məsuliyyətlisi/vəzifəlisi)  [4]


Onu deyək ki, ilk əvvəl maraqlı kimi görünən cazibəli fikirlərə inanmayın. İslam ağıl məntiq dinidir. İnternet əlimizin altındadır, fikirləşərək araşdırma edək.

(Ya Peyğəmbər! Bu Quran) sənə nazil etdiyimiz mübarək bir Kitabdır ki, (insanlar) onun ayələrini düşünüb dərk etsinlər və ağıl sahibləri də (ondan) ibrət alsınlar! (Sad\29)
                                                    
Qayıdaq yenə əsas mövzumuza,yuxarıda verdiyimiz ayəyə (Furqan/53) bir daha nəzər salaq:

Birinin suyu dadlı və şirin, digərininki isə duzlu və acı olan iki dənizi qovuşduraraq aralarında maneə və keçilməz sədd qoyan Odur.

Bu fakt, dənizdə və quruda bir çox yerdə görülməkdədir, yəni şirin suyla acı su yan-yana olmaqdadır. Türk admiralı Seydi Əli Rəis, "Meratü'l-Məmalik" adlı əsərində (16. əsr), İran körfəzində, dənizin acı sularının altında şirin su qaynaqlarının olduğunu və donanması üçün bunlardan faydalandığını yazar. Amerikan Neft Şirkəti də içməli su üçün Zahran (xəritədə Dhahran adıyla keçər) yaxınlığında quyuları qazmadan əvvəl İran Körfəzindəki eyni qaynaqlardan su almışdı. Bəhreyn yaxınlığında da, dəniz yatağında xalqın son zamanlara qədər su aldığı şirin su qaynaqları var idi. (Tefhimü-l Quran’dan təfsir) [5]

Bəhreyn, hamısı Bəsrə Körfəzi (İran) içində qalan yeganə ada dövlətidir. Ayədə keçən "furat" kəlməsi həm şirin su, həm də xüsusi ad olaraq Fərat Çayı mənasına gəlir.Fərat Çayı suları Bəsrə körfəzinə tökülən ən uzun çaydır. Göründüyü kimi, Bəhreyn və Fərat Çayı Bəsrə körfəzi ilə birbaşa bağlı olan yerlərdir."Bəhreyn" və "Furat" sözlərinin Furqan surəsinin 53-cü ayəsində keçməsi, surə və ayə nömrələrinin enlik və uzunluqun (25-ci enlik- 53-cü meridian) koordinat olaraq Bəsrə Körfəzini işarə etməsi, bir möcüzədir. [6]


Bu vəziyyət, niyə duzlu su ilə şirin suyun düşmədiyi digər yerlərin deyil, Fars Körfəzinin ayədə nəzərdə tutulan dəniz kimi əsas alınması lazım olduğu məsələsinə aydınlıq gətirir.


İndi isə ayənin elmi izahını verək,buna "osmos hadisəsi" və ya bir sıra digər iddialar səslənsədə,bizim fikrimizcə doğru olan tərif Halocline-dır.Yenə də doğrusunu Allah bilir (Abdullah İbn Məsud /r.a./ söyləmiş ki: .."sizdən birinizin bilmədiyi bir şey üçün 'Allah bilir' deməsi də elmdir..")


Halocline

İngilis dilində "Halocline" deyə adlandırılan bir dəniz sistemi var. Bu sistem dənizin fərqli duzluluq nisbətləri səbəbiylə suların qarışmamasını təmin edir. (Bax: https://tr.wikipedia.org/wiki/Haloklin)
                                                                                       

Ayədə Allah dənizə arasında qarışmağı əngəlləyən bir maneə olduğunu söyləyir. Bu maneə Halocline təbəqəsidir. Şəkildə gördüyünüz üfiqi təbəqə. Bu təbəqənin içində sular qarışır, lakin təbəqənin xaricində suyun bir tərəfi nisbətlə duzlu qalır və digər tərəfi nisbətlə şirin qalır. Niyə nisbətlə deyirik? Çünki şirin suda belə duz vardir. Duzlu su altda qalır və şirin su üstdə üzür. Halocline suların bir-birinə qarişmasina maneə törədir


Bu dediklərimiz müşahidə edilmiş elmi həqiqətlərdir. Bu açıqlama Quranın qətiliklə səhv olmadığını, hətta səhv olmağı buraxın, ayədə möcüzə olduğunu belə etibarlı edər, çünki bu halocline daha hələ yeni kəşf edilmişdir. [7]

Qaldı ki, Allah Qurani-Kərimdə bizim bilməyimiz istədiyi hadisələri, möhtəşəm bir şəkildə öz halıyla izah etmişdir. Yəni uca Allahın, Quranın endiyi və elmin inkişaf etmədiyi dövrdə  İslamın təbliği zamanı insanlara bu hadisəni onların anlayacağı şəkildə izah etməsi qədər təbii bir şey yoxdur. Quranın ən əhəmiyyətli xüsusiyyətlərindən biri anlaşılan olan bir dillə, sadəlik içində möhtəşəmliyə sahib olmasıdır. Bunu məntiq çərçivəsi içində düşündüyünüzdə də çox aydın olduğuna haqq verərsiniz.

Yekunlaşdırmaq gərəkərsə, Allahın Quranda o qədər möcüzəsi varkən, tək-tük söz oyunlarına  söykənərək çirkin iftiralar atmağa çalışan ateist, aqnostik, deist insanların "Dəniz suyunun qarışmaması yalandır!" kimi sözlərlə İslamı qaralamağa çalışmaq sözün tam mənasıyla bekarçılıqdandı və axmaqlıqdır. Nə deyilirsə deyilsin, hər iddialarının cavablarını elə Qurandan verə biləcəyimizkən,davamlı iftiralar atmaq hörmət göstərməməyin bariz nümunəsidir. Quranın özü başlı başına bir möcüzədir və həmişə elə qalacaq. [8]

Qeyd:Bu məqaləni bütövlükdə copy edib digər saytda,blogda yayımlamaq istərsəniz, bizim verdiyimiz mənbələri, eləcə də blogumuzu mənbə kimi göstərin

İstifadə olunan mənbələr:



5 Ağustos 2017 Cumartesi

Dində məcburiyyət yoxdur


Uca Rəbbimiz hər bir insana ağıl və iradə vermişdir. Peyğəmbərlər göndərməklə və kitablar endirməklə haqqı batildən, imanı küfrdən, hidayəti zəlalətdən ayırmış, bunların hər birini açıqlamış və insanlara bildirmişdir. Kim istəsə, iman edər, kim də istəsə inkar. Allah insanları dinə, imana və ibadətə məcbur etsəydi, onda Yer üzündəki hər kəs inanar və ibadət edərdi. Allah imtahanın bir nəticəsi olaraq, dinə inanmağı insanların öz ixtiyarına vermişdir. Peyğəmbərimizin vəzifəsi isə insanları dinə girməyə məcbur etmək deyil, nəsihət vermək, dini insanlara təbliğ etmək, dini qaydaları insanlara söz və əməl vasitəsilə göstərməkdir.

.....Üz döndərsələr, (bil ki), sənin öhdənə düşən ancaq təbliğ etməkdir. Allah qullarını görür. (Ali-İmran surəsi, 20)

Din güc tətbiqi ilə qəbul edilən və ya zorla qəbul etdirilən bir sistem deyildir. Din inancla bağlıdır, ona görə də burada hər şeydən əvvəl inanmaq əsasdır. İnanmaq isə öz-özlüyündə vicdana və qəlbə aiddir. Bir insan müsəlman olmaq üçün dini və Allahı ağlıyla dərk etməli və Onu qəlbən də təsdiq etməlidir.Yoxsa qəlbə və vicdana zorla təsir etmək, hakim olmaq və bir mənada onu fəth etmək mümkün deyildir. Qəlbən deyil, zorla qəbul etdirilərək yaşanan bir dinin Allahın dərgahında heç bir qiyməti olmaya bilər və bu halda həmin insanın dinə əməl etməsi ilə əməl etməməsi arasında da heç bir fərq olmayacaq.Dolayısilə, insan ancaq vicdanının səsinə qulaq asır, içindən gəlir və könlü iman gətirməyə yatqındırsa, o zaman iman edir.
Dində məcburiyyətin,zorakılığın olmaması ilə bağlı ayədə belə buyrulur:

«Dində məcburiyyət yoxdur. Artıq doğruluq azğınlıqdan ayırd edildi. Hər kəs Tağutu inkar edib Allaha iman gətirərsə, o, artıq ən möhkəm bir ipdən yapışmış olur. Allah eşidəndir, biləndir!» («Bəqərə» surəsi, 256)

İslamiyyət dini məsələlərin icrası ilə yanaşı, insanların dini qəbul etməsində də məcburiyyəti xoş qarşılamır. Məcbur etmə bir şəxsə bəyənmədiyi, istəmədiyi bir işi zorla, hədə-qorxu və təzyiq ilə gördürməkdir. Zorla qıldırılan namaz və yaxud tutdurulan oruç ibadət sayılmır.İslam hüququna görə, İslam dövlətinin hakimiyyətini qəbul edən zimmilər cizyə və xərac ödəməyə razı olduqdan sonra İslam dini də onların can və malının təhlükəsizliyinə təminat verir. Bəli, İslam dininin tolerantlıq üfüqləri məhz belədir.Dini qəbul etmələri üçün insanları məcbur etmək olmaz. Belə bir hal qəbuledilməzdir. .Həzrət Adəmdən bu günədək əsl din heç kimi məcbur etməmişdir. Məcburiyyət inancsızların və cahillərin əməlidir...Əgər bir insan təzyiq yolu ilə ibadətə məcbur edilirsə, bu, onu müsəlman deyil, əksinə, bir münafiq halına gətirir. Bu şəkildə, İslamın tamamilə qarşı olduğu bir insan modeli ortaya çıxır. Münafiq təzyiq altında olarkən müsəlman olduğunu söyləyər, lakin daxilən Quran əxlaqından uzaq olan,İslama və müsəlmanlara qarşı düşmən olan saxtakardır. Allah ayələrində münafiqlik edənləri belə tərif etmişdir:

İnsanlar arasında elələri də vardır ki, mömin olmadıqları halda: “Allaha və axirət gününə inanırıq”, –deyirlər. Onlar Allahı və iman gətirənləri aldatmağa çalışırlar. Halbuki yalnız özlərini aldadır və (bunu) anlamırlar....(Bəqərə surəsi 8,9)

Onlar möminlərlə rastlaşdıqda: “Biz iman gətirdik!”– deyirlər, öz şeytanları (azmış dostları) ilə təklikdə qaldıqda isə: “Biz sizinləyik. Biz (möminlərə) ancaq istehza edirik!”– deyirlər. (Bəqərə surəsi, 14)

Müsəlmanların din əxlaqını izah etməsi isə yalnız gözəl sözlü dəvət şəklində olmalıdır.

«İnsanları hikmətlə, gözəl öyüd-nəsihət ilə Rəbbinin yoluna dəvət et, onlarla ən gözəl surətdə mübahisə et. Həqiqətən, Rəbbin yolundan azanları da, haqq yolda olanları da daha yaxşı tanıyır!» («Nəhl» surəsi, 125).


Ayədəki əmrdən də görünür ki, müsəlmanlar İslamı təbliğ edərkən və imanı sevdirərkən sözün ən gözəlini işlədirlər, qarşılarında olan insanı incitməyəcək, müsəlmanlara qarşı qəlblərində bir sevgi oyandıracaq şəkildə dini əxlaqı təbliğ edirlər. Buna görə də gözəl söz onun qəlbini İslama daha da yaxınlaşdıran  mühüm amildir.

İstifadə olunan mənbələr:

17 Haziran 2017 Cumartesi

Nail olmaq istədiyiniz hər şeyə görə əlinizdən gəldiyindən artığını edirsiz?



İnsan yaradılışında olan ən əsas xüsusiyyətlərdən biri “istəmək”dir. Allah, insanın ruhuna gözəlliklərə, nemətlərə qarşı, həyatının sonuna qədər bitməyəcək istəklər vermişdir. Dolayısı ilə dünyada, özünə nemət verilməsindən, yaxşılıq edilməsindən, gözəlliklərin bəxş edilməsindən həzz almayan insan yoxdur.

Ancaq insanların böyük əksəriyyəti bu istəklərinə, əmək sərf etmədən, özlərini çətinliyə salmadan nail olmaq istəyirlər. Dünyanın ən gözəl nemətləri, daima qarşılıqsız olaraq önlərinə gəlsin; insanlar özlərinə qarşı ən gözəl əxlaqı göstərsin; sıxıntı, çətinlik, yoxluq onlara heç təsir etməsin; hər işləri ola biləcək ən asan şəkildə həll olunsun; həyatları hemişə arzuladıqları kimi keçsin; xəstəliklər, çətinliklər, acizliklər, səbr etməyi, əmək sərrf etməyi, iradə nümayiş etdirməyin lazım olduğu hadisələr həmişə onlardan uzaq olsun istəyirlər...

Halbuki Allah insanın ruhunda yaxşılıqlara, gözəlliklərə və nemətlərə qarşı meyl yaradarkən, insanın bu nəticəni əldə etməsi üçün “əmək sərf etməsini” də istəmişdir. Allah, ancaq həyatını ağıllarından istifadə edərək, yaxşılığa, xeyir işlərə nail olmaq üçün keçirən qulları üçün cənnəti müjdələmişdir. Quranda, yaxşılığa, xeyirli işlər görmək üçün çalışan insanlara göstərməyi hökmlü olduqları bu “ömrü boyu, fasiləsiz olaraq göstəriləcək səy”in vacib olduğu xatırladılmışdır:

Kim də Axirəti istəsə, mömin olaraq bütün qəlbi ilə ona can atsa, onların səyi məmnuniyyətlə qəbul olunar. (İsra surəsi, 19)

Var-dövlət və övladlar dünya həyatının bərbəzəyidir. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin dərgahında savab və ümid baxımından daha əfzəldir. (Kəhf surəsi, 46)

Bunlar dünya və axirət həyatında gözəlliklərin olmasını istəyən hər insanın əsla unutmaması lazım olan qəti həqiqətdir. Möminin mükəlləf olduğu, həyatının sonuna kimi Allah rizası üçün əmək sərf etmək, səy göstərmək, xeyir işlərdə yarışmaq və bu yolda yorulmaqdır: 

Sözsüz ki, çətinliklə bərabər asanlıq da vardır. Sözsüz ki, hər çətinliyin ardınca asanlıq gəlir. (İşlərini) qurtaran kimi (Allah yolunda) çalış! (Ancaq) Rəbbinə üz tut! (Şərh surəsi, 5-8)

Bir şeyi istəmək, amma bu yolda əmək sərf etmədən gözləmək, möminə xas olan xüsusiyyət deyil. Məsələn, əgər İslam əxlaqının dünyaya hakim olmasını istəyiriksə, bunun üçün çalışmaq lazımdır. İnsanlar arasında xeyirxahlığın yayılmasını istəyirsə, yaxşılığı ən gözəl şəkildə yaşayıb hər kəsə örnək olmalıdır. Oturduğu yerin səliqəli olmasını istəyirsə, təmizliklə məşqul olmalıdır. Dostluğu, hörməti, sevgini yaşamaq istəyirsə, əxlaqını, seviləcək, hörmət görəcək, dost olunacaq bir hala gətirməlidir. Başqalarından gözəl əxlaq görmək istəyirsə, hərəkətləri ilə, sözləri ilə gözəl əxlaqın bütün incəliklərini insanlara öyrədə biləcək və onları təşviq edəcək əxlaq göstərməlidir.

Ancaq bəzən də insan əlindən gələndən çox səy göstərir. Amma dünya həyatındakı imtahan səbəbi ilə, hər istədiyini əldə etmir. Fəqət Allah qullarına, şərtlər nə olursa olsun, hər vəziyyətdə yenə “ümid içərisində dua etmələrini” bildirmişdir:

“Allaha qorxu və ümidlə yalvarın. Həqiqətən, Allahın mərhəməti yaxşılıq edənlərə yaxındır”. (Əraf surəsi, 56)


“...Allahın mərhəmətindən ümidinizi üzməyin. Çünki Allahın mərhəmətindən ancaq kafir adamlar ümidlərini kəsər”. (Yusuf surəsi, 87) 

Dolayısı ilə inanan insan, istədiyi bir şey həyata keçməsə də, Allaha olan inamından və Allahın sonsuz gücünü bilməsindən dolayı həyatının sonuna qədər bu yöndə dua etməyə və səy göstərməyə davam edir. İstədiyi gerçəkləşməsə də, Allahın bunda xeyir və hikmətlər yaratdığını; özü üçün ən gözəl və yararlı olanı ən yaxşı Rəbbimizin bildiyini bilir. Və könül rahatlığı ilə Allaha təslim olur. Göstərdiyi səmimi və ixlaslı səyin Allah qatında və sonsuz həyatında mütləq ən gözəli ilə qarşılıq görəcəyini ummağın təvəkkülünü yaşayır.

Beləliklə, həyatında xeyir işlərə, gözəlliklərə və nemətlərə çatmaq üçün insanların bu kimi vacib həqiqətləri heç vaxt unutmamaları lazımdır:

- Xeyir işləri, gözəlliyi və neməti, ixlasla və Allah rizası üçün istəmək...
- Bir şeyi istəyib sonra səy göstərmədən, ağlından istifadə etmədən, sıxıntılara sinə gərmədən gözləmənin möminə xas xüsusiyyət olmadığını unutmamaq...
- İstəkləri reallaşmasa da, Allaha inanmaqdan əsla imtina etməmək...
- Əsla ümidi kəsməmək; həyatının sonuna qədər Allaha inanıb, ümid və qorxu arasında dua etmək...

 Mənbə: gozelmovzular.com

15 Haziran 2017 Perşembe

Müharibələrin səbəbi dindir?


Bəli iddialardan biri də budur.Biz burada iki şeyi bir-birindən ayırmalıyıq. İnsanların dini öz məqsədləri üçün istifadə edib döyüşmələri ilə dinin özünün özlüyündə döyüş səbəbi olması arasında əhəmiyyətli bir fərq var.Din ilə əlaqələndiriləcək bəlkə keçmişdə bir çox döyüş yaşanmış ola bilər. Ancaq bunlara baxıldığında, içlərində qanuni olmayan, insanların dini fərqli şərh edərək, siyasi məqsədlərinə çatma mənasında dini istifadə etdiyi bir çox hallar olmuşdur. Qəbul etmək lazımdır ki, din insanlar üzərində çox əhəmiyyətli bir təsirə sahibdir. Bu səbəblədir ki, tarixdə bir çox insan dini öz əməllərinə alət etmək üçün istifadə etmişdir.

Monqol və Roma istilaları, aztek-maya qətliamları, Napoleon müharibələri, 100-il müharibələri, 20-ci əsr dünya müharibələri, Uzaq Şərqin Çin-Yapon müharibələri, atom bombaları, Orta Şərqin neft, yaxud da Afrikanın almaz müharibələri… Yüz milyonlarla insanın həyatını itirməsinə səbəb olan bu müharibələrin heç biri dini zəmində deyildi.
Günahsız insanların öldüyü müharibələrin əsl səbəbi milli maraqlar, iqtisadi və siyasi üstünlük əldə etmək, müstəmləkəçilikdir. Liviya müharibəsini qızışdıran amil neft üzərindəki maraqlar idi. İraqda şiə-sünni-kürd münaqişəsinin təməlində də neft və təbii zənginliklərin bölüşdürülməsi istəyi var. Suriyada ən çox ölümlərə səbəb olan hava bombardımanı edənlərin təməldə heç bir dini ideologiyası yoxdur. Məqsədləri Aralıq dənizində geosiyasi üstünlük əldə etmək və ya Yaxın Şərqə nəzarət etməkdir. Şiə-sünni münaqişələri ancaq əsas niyyəti gizlətmək üçündür.
Döyüşlərlə əlaqədar edilən əhatəli bir araşdırmadan da bəhs etmək istəyirəm. Charles Phillips və Alan Axelrod, Döyüşlər Ensklopediyasında tarixdəki 1723 döyüşü araşdırmış və bunların səbəblərini ortaya qoymuşdur. Bu əsərə görə, bu döyüşlərin yalnız 123-ünün (7%-inin) din qaynaqlı olduğunu söyləmişlər. (Bax: https://en.wikipedia.org/wiki/Religious_war)

Bundan başqa İqtisadiyyat və Sülh İnstitutu (Institute for Economics and Peace) dinlə müharibələrin əlaqəsini ətraflı araşdırdı və nəticələrini 2014-cü ildəki hesabatları ilə elan etdi. Hesabat gözlənilənin əksinə, dindarlığın zorakılığı və müharibələri dəstəklədiyinə dair heç bir dəlil olmadığını açıqladı. Həmçinin hesabat : 2013-cü ildə dünyadakı 35 silahlı toqquşmadan heç birinin təkcə dini səbəbdən ortaya çıxmadığını bildirir. Bu münaqişələrin 14-ündə (40%) dinin rolu olmadığını, digər 21 qarşıdurmanın dinlə birlikdə ən az 3-4 fərqli səbəbə əsaslandığını müəyyən edib. Qlobal Sülh İndeksinə görə ən yüksək sülh səviyyəsinə malik 10 ölkənin üçü dindar ölkələrdən ibarətdir. Yenə sülh səviyyəsi ən yüksək 20 ölkənin 11-də xalqın 90%-i özünü dini inancları ilə xarakterizə edir. Ateizmin dövlət siyasəti olduğu Şimali Koreya, Çin və ya Qırğızıstan sülh mühitindən çox uzaqdırlar. Kommunist rejimlərin xalqları sülh şəraitindən uzaqlaşdırdıqları da hesabatın ortaya qoyduğu başqa bir dəlildir. ” Müsəlman ölkələrində şiə və sünni bölgüsü sülh şəraitini müəyyən edirmi?” sualını hesabat belə cavablandırıb : "sülh və məzhəb fərqləri arasında müəyyənedici əlaqə yoxdur" Belə ki, əhalinin 85%-i sünni, 15%-i şiə olan Qətər sülh səviyyəsi olaraq 11-ci yerdə olduğu halda, oxşar vəziyyətdəki Əfqanıstanda vətəndaş müharibəsi şəraiti yaranır. Yenə eyni şəkildə əhalisinin 50%-i şiə, 50%-i sünni olan Bəhreyndə sülh mühiti olduğu halda, oxşar vəziyyətdəki Yəməndə vətəndaş müharibəsi baş verir.
Bunların bir qismində də bəlkə dini, motivasiya edici, insanları birləşdirici bir ünsür olaraq istifadə etmişlər. Bu, döyüşlər dinlər səbəbiylə olur demək deyil. Çünki, bunların arxasında, insanın bitməyən istəyi yatmaqdadır. Məsələn, futbolu düşünək. Dinlə hər hansı bir əlaqəsi yoxdur elə deyil mi? Hətta normal şərtlərdə bir əyləncə və idman sahəsidir.Yaxşı, elə isə niyə bir çox şiddət ehtiva edən hərəkəti də içində saxlayır çox vaxt. Bunun səbəbi insanın özünü idarə edə bilməməsi, ehtiraslı olması, dözümsüz olması, mərhəmətsiz olmasıdır. Demək olur ki, əsl qaynaq insandır. 

İnsanın döyüş çıxaracağını Allah bilirdi

Hadisəyə Quran baxımından baxdığımızda isə xüsusilə Bəqərə surəsindəki bir neçə ayəyə burada toxunmaq istəyirəm. Bəqərə 30-34 arası ayələrdə, insanın dünyada xəlifə olmasından əvvəl mələklərin insan haqqında etdiyi şərhə şahid oluruq. Mələklər açıq bir şəkildə, Allahın niyə dünyada müharibələr çıxaracaq bir varlıq yaratdığını anlamır. Açıqcası, bu an bizim soruşduğumuz problemin eynisini soruşurlar Allaha:

(Ya Rəsulum!) Sənin Rəbbin mələklərə: "Mən yer üzündə bir xəlifə (canişin) yaradacağam", - dedikdə (mələklər): "Biz Sənə şükür etdiyimiz, şə´ninə tə´riflər dediyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada (yer üzündə) fəsad törədəcək və qan tökəcək bir kəsmi yaratmaq istəyirsən?"- söylədilər. (Allah onlara: ) " Mən bildiyim şeyi siz bilmirsiniz!"-buyurdu (Bəqərə/30)

Çox maraqlıdır deyil mi? Tam da bizim anlamağa çalışdığımız sualı mələklərin Allaha yönəltdiyini görürük. Bu ayə əslində biz insanların düşünməsi üçün Allahın bizə bildirdiyi bir mövzudur. Yəni Allah bizə bunun hikmətlərinə aid göstərişlər verir. Ayənin davamında Allah belə cavab verir:

"...Mən bildiyim şeyi siz bilmirsiniz!..." (Bəqərə/30)

Buradan xülasəylə anladığımız şey Allahın bunu bilərək və istəyərək etdiyidir. Yəni Allah insanların kiminin azad iradəsini yanlış istifadə edərək səhv edəcəyini və qan tökəcəyini bilir. Davam edən ayələrdə, Allahın mələklərdən daha üstün bir canlı yaratmaq istədiyini və bu canlıda 'azad iradə' olacağına dair işarələr verilir.
Buradan çıxarılması lazım olan dərs məncə bu, Allah azad iradəsi olan bir canlı yaradır. Azad iradə də, insanın yaxşı ya da pisdən hər hansı birini edə bilməsinə imkan verir. Bu vəziyyətdə, edilən pisliklər Allahın deyil, insanın seçimidir. Allah yalnız insanın bunu edə bilməsinə imkan vermiş olur. Bu da müvəqqəti bir müddət üçün, test üçün və hər kəsin haqqını alacağı bir son üçündür.
Xülasəylə bu mövzuda bunu bildirmək gərəkdir ki, gerçək din və bizim üçün Qurandakı din, müdafiə məqsədli, həddindən artığa gedilməyən bir döyüşü qanuni nəzərdə tutmaqdadır. (Dərin bir mövzu olduğundan başqa bir yazıda ələ almaq üzrə bunun isbatını keçirəm)
Müharibələr, qırğınlar, soyqırımlar bəşəriyyətin çoxəsrlik eyibidir. Qan tökülməsini qanuni göstərəcək heç bir əsaslı səbəb ola bilməz. Müharibələrdən qazanan yoxdur, itirən isə bütün insanlıqdır. Əsrlərdir axan qanı durdurmaq dünya xalqlarının birinci məsələsidir. Bu isə ancaq pisin qarşısında yaxşıların ittifaqı ilə reallaşa bilər.
                                                   
İstifadə olunan mənbələr:
1) http://gokhanyilmaz.com/savaslarin-nedeni-dinler-mi/
2) http://az.evolutiondeceit.com/az/M%C9%99qal%C9%99l%C9%99r/219199/muharib%C9%99l%C9%99rin-s%C9%99b%C9%99bi-dindir

28 Mayıs 2017 Pazar

Fitret.az saytında yayımlanan “Oruc tutmanın tarixi” məqaləsinin tənqidi


Ümumiyyətlə bu saytda islamofobiya dərəcəli paylaşımlara, eləcə də ateistliyin təbliğatına əhəmiyyətli dərəcədə yer verilir. Ona görə bu yazını hazırlayıb paylaşmağı özümə borc bildim.
(Bəhs edilən məqalə-> http://fitret.az/oruc-tutmanin-tarixi/ )

Məqalədə ilk öncə bütpərəstlikdə orucun,daha sonra digər dinlərdə olan orucun tarixindən qısaca bəhs olunub.İnsanlarda İslamın sanki orucu digər dinlərdən aldığı fikri formalaşdırılır.Gəlin ilk öncə orucun niyə qədimdən qalma ibadət olduğunu və s. iddiaları cavablandıraq.

Orucluğun tarixi çox qədimdir. Orucun ən qədim ibadət növü sayıldığını, bəşəriyyətin yaranması ilə orucun da meydana çıxdığını, oruc tutan ilk şəxsin Adəm peyğəmbər olduğunu, özü də hər ayın üç günündə oruc tutduğunu bilirdinizmi? Məsələn Məşhur Quran təfsirçisi Təbrisi “Cəvamiül-came” təfsirində yazır ki, Həzrət Adəmin (ə) zamanından indiyə kimi peyğəmbərlərin və onların ümmətlərinin arasında oruc əhəmiyyətli məsələlərdən biri sayılıb.
Oruc ibadətinin bütün səmavi dinlərdə mövcud olduğundan xəbəriniz vardımı? Bilirdinizmi ki, bütün peyğəmbərlər və davamçıları müxtəlif formalarda da olsa oruc tutmuşlar? Məsələn, Davud peyğəmbər bir gündən bir oruc tutarmış. [1] Zəməxşərinin “Kəşşaf” təfsirində Həzrət Əlinin (ə) belə bir məzmunlu kəlamı xatırlanır ki, oruc, Allah-təalanın heç bir ümməti azad etmədiyi qədim bir ibadət növüdür.Üstəlik, müsəlman ümməti yeganə ümmətdir ki, orucu mübarək Ramazan ayında tutur. Keçmiş ümmətlər Ramazan ayının bərəkətindən məhrum idilər; bu bərəkətə yalnız İslam ümməti nail oldu.
Oruc tutmaq Allah yanında ən sevimli və böyük savaba malik ibadətlərdəndir. Orucun mahiyyəti barədə bunu demək yetərlidir ki, oruc insanı Rəbbinə yaxınlaşdıran ən gözəl vasitədir. Belə ki, oruc tutan insan mənəvi atmosferə düşür, maddiyyatdan az da olsa uzaq­laşır, daha çox mənəviyyata üstünlük verir. [2]

Məqalənin davamında belə deyilir:
Ramazan dedikləri ayda bir ay oruc tutarlar, ......və gündə dörd və ya beş vaxt namaz (salat) qılar, şeytan daşlayardılar. (Is Allah the Same God as The God of Bible?, M. J. Afshari, p 6, 8-9, İslam, beliefs And Observances, Caesar E. Farah)

Beləliklə əl-Muminun surəsi, 84-89 ayələrinə baxdıqda anlayırıq ki, ərəblər Allaha inanırdılar, çünki ərəblər özlərinin İbrahimin dinindən gəldiklərini söyləyirdilər, Lakin İbrahim dininin təlimlərindən əsər əlamət qalmamışdı. Allah haqqındakı inancları tamamilə batil idi. Onlar Allah ilə yanaşı Onun köməkçiləri olduqlarını zənn etdikləri bütləri də ilah hesab edirdilər və onlara ibadət edirdilər. Tarixçilərin dedikləri budur ki, İslamdan əvvəl ərəblər ramazan ayını oruc tutmazdılar,məqalənin davamında deyildiyi kimi  lakin aşura günü orucu bilirdilər. Həmçinin ərəblər gündə beş vaxt namaz qılmayıblar, heç İslamda namaz vacib buyurulduqda ilk dəfə beş vaxt olaraq yox, iki vaxt olaraq vacib buyurulmuşdu. İslamdakı ibadətlərdən xüsusilə tavaf ibadəti ərəb müşriklərində var idi, lakin ramazan orucu və beş vaxt namaz kimi ibadətlər ərəblərdə olmayıb. [3]

Davamında isə belə yazılmışdır:
Sabiilik, ulduz kultuna sahib olan ən qədim bütpərəst dindir. Maraqlıdır ki, sabiilərdən də 3 vaxt namaz qılar və 1 ay oruc tutardılar. Fərz orucun xaricində nafilə oruclara da sahib idilər. (İbn Nədim, El Fihrist, s. 442-445)

Qısa olaraq bu mövzuda Qurandan bəzi ayələri təqdim etmək istəyirik. Bəlkə demək istədiyimiz aydın olar:
İman gətirənlərdən musavi ,isəvi, və sabiilərdən Allaha, axirət gününə inanıb yaxşı iş görənlərin mükafatları Rəbbinin yanındadır. (Qiyamət günü) onların nə bir qorxusu olar, nə də onlar bir qəm-qüssə görərlər.(Bəqərə 62,ayrıca baxın-Maidə 59,Həcc 17)


Daha sonra isə digər inanclarda olan orucluqdan bəhs edilir

Bizdə qısaca və bilgi xarakterli olaraq onlardan bəhs edək:
Xristianlıqda oruc:->Xristianlıqda oruc kilsənin üçüncü əmridir.Quranın bildirdiyinə görə oruc xristiyanlara da vacib buyurulmuşdur. Xristianlıqda oruc və pəhriz etmək eyni anlamdadır. Orucun məqsədi günahların cəzasını bu dünyadan başlayaraq çəkməkdir. İncil oruca böyük önəm verir. Ancaq orucun vaxtları, onların qanunları xristiaan məzhəblərində fərqlidir. Xristiyanlıqda oruc tutmaq 21 yaşından başlayır. Onlar 60 yaşa qədər oruc tuturlar. (ayrıca baxın-  "Matts İncili", 6: 16-18).   Musəvilikdə oruc (Yom Kippur):->Tövratda bəzi günlər oruc tutmaq əmr edilmişdir. Yəhudilikdə oruc nəfsi tərbiyə üçün, bəzən əzab çəkmək üçün, bəzən də Allaha yaxınlaşmaq üçün tutulur. Hinduizmdə oruc:->Hind dinlərindən Hinduizmdə də oruc nəfsi tərbiyə etmək üçün ilin müəyyən aylarında və günlərində tutulur. İbadət məqsədilə duaların oxunduğu günlərdə oruc tutulması lazımdır. Hinduizmdə oruc əsasən bəzi yeməklərdən pəhriz etməklə tutulur.  Taoizmdə oruc:->Şərq mədəniyyətlərinin dinlərindən Taoizmdə oruc daha geniş mənada ələ gəlmişdir. Burada oruc sağlamlığı qorumaq və yaşlanmağın qarşısını almaq üçün tutulur. Çinlilər xüsusilə bayram günləri ilə pisliklərin artdığı günlərdə özlərini qorumaq üçün oruc tuturlar.   Brahmanizmdə oruc:->Cənubi Asiya Hind dinlərində Brahmanizmdə hər ayın 12 və 13-cü günlərində oruc tutmaq gərəkdir. Brahmanizmdə yaşlılar, xəstələr və uşaqlar oruc tutmaqdan istisna deyillər. Bəziləri insani istəkləri boğmaq üçün 15 gün oruc tuturlar. Bu günlərdə bir qurtum sudan başqa hər şey orucu batil edir.  Jainizmdə oruc:->Hind dinlərindən Jainizmdə orucun qaydaları daha sərtdir. Jainistlər kəskin olaraq 40 gün oruc tuturlar. Bu dinin qurucusu Mahaviranın özünə işkəncə edərək dində yüksək dərəcəyə yetişməyə çalışdığı, ət və yumurta yemədiyi, hətta ölənə qədər oruc tutduğu söylənilir.    Buddizmdə oruc:->. Buddizmin qurucusu Buddaya görə nə dünyaya bağlanmaq, nə də dünyadan vaz keçmək gərəkdir. Bu məqsədə çatmaq üçün qoyduğu qaydalardan birincisi isə hər iki aydan bir oruc tutmaq və bu zaman içində cəmiyyət arasında bütün günahları etiraf etməkdir. Buddaya görə sonsuz qurtuluşa, yəni Nirvanaya əngəl olan yeganə şey arzulardır. Qurtuluş yalnız arzuları tərk etməklə qazanılır və arzulardan qurtulmağın birinci yolu isə oruc tutmaqdır. [4]

Bəli, Hz. Adəmdən Peyğəmbər Əfəndimizə (a.s.m.) gələnə qədər bütün peyğəmbərlərin təbliğ etmiş olduqları iman əsasları birdir. Bu xüsus, peyğəmbərlərin təbliğ etdikləri bütün haqq dinlərin ortaq bir xüsusiyyətidir. Heç bir peyğəmbər iman əsaslarını dəyişdirmədiyi kimi, ona hər hansı bir əlavə də etməmişdir.
Hz. Adəm (as) insanları nələrə inanmağa çağırmışsa, son peyğəmbər Hz. Məhəmməd Əleyhissalatu Vəssalam da ümmətini o əsaslara iman etməyə dəvət etmişdir.
İlahi dinlər arasında iman əsasları barəsində heç bir fərq olmadığı kimi, xüsusi ilə təməl ibadətlər barəsində də fərq yoxdur. Dinin dirəyi olan namaz da bütün peyğəmbərlərə və onların ümmətlərinə fərz qılınmış bir ibadətdir. Fərq, yalnız vaxtlarda və rükət sayındadır.
Namazın keçmiş ümmətlərə də əmr edildiyi xüsusu şəxsən Quran-i Kərimdə ifadə edilməkdədir. Məsələn, bir ayədə Hz. İbrahimin (as) davamlı namaz qıldığı və nəslinin də namaza davam etmələrini istədiyi belə xəbər verilir:
"Ya Rəbbi, məni və mənim nəslimdən olanları namazda davamlı et. Ey Rəbbimiz, duamı qəbul buyur."
Hz. Musa (as) da namazla əmr olunmuşdu. Maidə Surəsinin 12-ci ayəsində İsrailoğullarından namaz qılmaları barəsində qəti söz alındığı ifadə edilir.
Hz. Şüeyb (ə.s) da çox namaz qılaqrdı. (Hud surəsi 87)
Yenə Qurani-Kərimdə Hz.İshaq və Yaqubun, Hz.Zəkəriyyənin, Hz.İsanın namaz qıldıqları bildirilir.
Digər tərəfdən oruc və zəkat da yalnız Peyğəmbərimizin (s.ə.s.) ümmətinə məxsus ibadətlər deyil. Necə ki, Quran-ı Kərimdə bu ibadətlərin digər ümmətlərə də fərz qılınmış olduğu bildirilməkdədir. Məsələn, məqalədə qeyd olunduğu kimi, Bəqərə surəsinin 183-cü ayəsində tərcümə olaraq belə buyurulur:
“Ey iman gətirənlər, sizdən əvvəlkilərə yazıldığı kimi, oruc, sizə də yazıldı (fərz qılındı). Ola bilsin ki çəkinəsiniz.”
Eləcə də Həcc surəsi 67:
Biz hər ümmət üçün onun yerinə yetirə biləcəyi bir şəriət müəyyən etdik. Qoy onlar bu işdə səninlə höcətləşməsinlər. Sən (onları) Rəbbinə (ibadət etməyə) dəvət et. Həqiqətən, sən ən doğru bir yoldasan.
Bəli, namaz, oruc, zəkat və daha bir çox ibadətlər digər peyğəmbərlərin şəriətlərində da vardı. Lakin zamanla yəhudi və xristianlar və digər din mənsubları bu ibadətləri tərk etdilər və ya dəyişdirdilər. [5]

İstifadə olunan mənbələr: