28 Mayıs 2017 Pazar

Fitret.az saytında yayımlanan “Oruc tutmanın tarixi” məqaləsinin tənqidi


Ümumiyyətlə bu saytda islamofobiya dərəcəli paylaşımlara,eləcə də ateistliyin təbliğatına əhəmiyyətli dərəcədə yer verilir.Ona görə bu yazını hazırlayıb paylaşmağı özümə borc bildim.
(Bəhs edilən məqalə-> http://fitret.az/oruc-tutmanin-tarixi/ )

Məqalədə ilk öncə bütpərəstlikdə orucun,daha sonra digər dinlərdə olan orucun tarixindən qısaca bəhs olunub.İnsanlarda İslamın sanki orucu digər dinlərdən aldığı fikri formalaşdırılır.Gəlin ilk öncə orucun niyə qədimdən qalma ibadət olduğunu və s. iddiaları cavablandıraq.

Orucluğun tarixi çox qədimdir. Orucun ən qədim ibadət növü sayıldığını, bəşəriyyətin yaranması ilə orucun da meydana çıxdığını, oruc tutan ilk şəxsin Adəm peyğəmbər olduğunu, özü də hər ayın üç günündə oruc tutduğunu bilirdinizmi? Məsələn Məşhur Quran təfsirçisi Təbrisi “Cəvamiül-came” təfsirində yazır ki, Həzrət Adəmin (ə) zamanından indiyə kimi peyğəmbərlərin və onların ümmətlərinin arasında oruc əhəmiyyətli məsələlərdən biri sayılıb.
Oruc ibadətinin bütün səmavi dinlərdə mövcud olduğundan xəbəriniz vardımı? Bilirdinizmi ki, bütün peyğəmbərlər və davamçıları müxtəlif formalarda da olsa oruc tutmuşlar? Məsələn, Davud peyğəmbər bir gündən bir oruc tutarmış. [1] Zəməxşərinin “Kəşşaf” təfsirində Həzrət Əlinin (ə) belə bir məzmunlu kəlamı xatırlanır ki, oruc, Allah-təalanın heç bir ümməti azad etmədiyi qədim bir ibadət növüdür.Üstəlik, müsəlman ümməti yeganə ümmətdir ki, orucu mübarək Ramazan ayında tutur. Keçmiş ümmətlər Ramazan ayının bərəkətindən məhrum idilər; bu bərəkətə yalnız İslam ümməti nail oldu.
Oruc tutmaq Allah yanında ən sevimli və böyük savaba malik ibadətlərdəndir. Orucun mahiyyəti barədə bunu demək yetərlidir ki, oruc insanı Rəbbinə yaxınlaşdıran ən gözəl vasitədir. Belə ki, oruc tutan insan mənəvi atmosferə düşür, maddiyyatdan az da olsa uzaq­laşır, daha çox mənəviyyata üstünlük verir. [2]

Məqalənin davamında belə deyilir:
Ramazan dedikləri ayda bir ay oruc tutarlar, ......və gündə dörd və ya beş vaxt namaz (salat) qılar, şeytan daşlayardılar. (Is Allah the Same God as The God of Bible?, M. J. Afshari, p 6, 8-9, İslam, beliefs And Observances, Caesar E. Farah)

Beləliklə əl-Muminun surəsi, 84-89 ayələrinə baxdıqda anlayırıq ki, ərəblər Allaha inanırdılar, çünki ərəblər özlərinin İbrahimin dinindən gəldiklərini söyləyirdilər, Lakin İbrahim dininin təlimlərindən əsər əlamət qalmamışdı. Allah haqqındakı inancları tamamilə batil idi. Onlar Allah ilə yanaşı Onun köməkçiləri olduqlarını zənn etdikləri bütləri də ilah hesab edirdilər və onlara ibadət edirdilər. Tarixçilərin dedikləri budur ki, İslamdan əvvəl ərəblər ramazan ayını oruc tutmazdılar,məqalənin davamında deyildiyi kimi  lakin aşura günü orucu bilirdilər. Həmçinin ərəblər gündə beş vaxt namaz qılmayıblar, heç İslamda namaz vacib buyurulduqda ilk dəfə beş vaxt olaraq yox, iki vaxt olaraq vacib buyurulmuşdu. İslamdakı ibadətlərdən xüsusilə tavaf ibadəti ərəb müşriklərində var idi, lakin ramazan orucu və beş vaxt namaz kimi ibadətlər ərəblərdə olmayıb. [3]

Davamında isə belə yazılmışdır:
Sabiilik, ulduz kultuna sahib olan ən qədim bütpərəst dindir. Maraqlıdır ki, sabiilərdən də 3 vaxt namaz qılar və 1 ay oruc tutardılar. Fərz orucun xaricində nafilə oruclara da sahib idilər. (İbn Nədim, El Fihrist, s. 442-445)

Qısa olaraq bu mövzuda Qurandan bəzi ayələri təqdim etmək istəyirik.Bəlkə demək istədiyimiz aydın olar:
İman gətirənlərdən musavi ,isəvi, və sabiilərdən Allaha, axirət gününə inanıb yaxşı iş görənlərin mükafatları Rəbbinin yanındadır. (Qiyamət günü) onların nə bir qorxusu olar, nə də onlar bir qəm-qüssə görərlər.(Bəqərə 62,ayrıca baxın-Maidə 59,Həcc 17)


Daha sonra isə digər inanclarda olan orucluqdan bəhs edilir

Bizdə qısaca və bilgi xarakterli olaraq onlardan bəhs edək:
Xristianlıqda oruc:->Xristianlıqda oruc kilsənin üçüncü əmridir.Quranın bildirdiyinə görə oruc xristiyanlara da vacib buyurulmuşdur. Xristianlıqda oruc və pəhriz etmək eyni anlamdadır. Orucun məqsədi günahların cəzasını bu dünyadan başlayaraq çəkməkdir. İncil oruca böyük önəm verir. Ancaq orucun vaxtları, onların qanunları xristiaan məzhəblərində fərqlidir. Xristiyanlıqda oruc tutmaq 21 yaşından başlayır. Onlar 60 yaşa qədər oruc tuturlar. (ayrıca baxın-  "Matts İncili", 6: 16-18).   Musəvilikdə oruc (Yom Kippur):->Tövratda bəzi günlər oruc tutmaq əmr edilmişdir. Yəhudilikdə oruc nəfsi tərbiyə üçün, bəzən əzab çəkmək üçün, bəzən də Allaha yaxınlaşmaq üçün tutulur. Hinduizmdə oruc:->Hind dinlərindən Hinduizmdə də oruc nəfsi tərbiyə etmək üçün ilin müəyyən aylarında və günlərində tutulur. İbadət məqsədilə duaların oxunduğu günlərdə oruc tutulması lazımdır. Hinduizmdə oruc əsasən bəzi yeməklərdən pəhriz etməklə tutulur.  Taoizmdə oruc:->Şərq mədəniyyətlərinin dinlərindən Taoizmdə oruc daha geniş mənada ələ gəlmişdir. Burada oruc sağlamlığı qorumaq və yaşlanmağın qarşısını almaq üçün tutulur. Çinlilər xüsusilə bayram günləri ilə pisliklərin artdığı günlərdə özlərini qorumaq üçün oruc tuturlar.   Brahmanizmdə oruc:->Cənubi Asiya Hind dinlərində Brahmanizmdə hər ayın 12 və 13-cü günlərində oruc tutmaq gərəkdir. Brahmanizmdə yaşlılar, xəstələr və uşaqlar oruc tutmaqdan istisna deyillər. Bəziləri insani istəkləri boğmaq üçün 15 gün oruc tuturlar. Bu günlərdə bir qurtum sudan başqa hər şey orucu batil edir.  Jainizmdə oruc:->Hind dinlərindən Jainizmdə orucun qaydaları daha sərtdir. Jainistlər kəskin olaraq 40 gün oruc tuturlar. Bu dinin qurucusu Mahaviranın özünə işkəncə edərək dində yüksək dərəcəyə yetişməyə çalışdığı, ət və yumurta yemədiyi, hətta ölənə qədər oruc tutduğu söylənilir.    Buddizmdə oruc:->. Buddizmin qurucusu Buddaya görə nə dünyaya bağlanmaq, nə də dünyadan vaz keçmək gərəkdir. Bu məqsədə çatmaq üçün qoyduğu qaydalardan birincisi isə hər iki aydan bir oruc tutmaq və bu zaman içində cəmiyyət arasında bütün günahları etiraf etməkdir. Buddaya görə sonsuz qurtuluşa, yəni Nirvanaya əngəl olan yeganə şey arzulardır. Qurtuluş yalnız arzuları tərk etməklə qazanılır və arzulardan qurtulmağın birinci yolu isə oruc tutmaqdır. [4]

Bəli,Hz. Adəmdən Peyğəmbər Əfəndimizə (a.s.m.) gələnə qədər bütün peyğəmbərlərin təbliğ etmiş olduqları iman əsasları birdir. Bu xüsus, peyğəmbərlərin təbliğ etdikləri bütün haqq dinlərin ortaq bir xüsusiyyətidir. Heç bir peyğəmbər iman əsaslarını dəyişdirmədiyi kimi, ona hər hansı bir əlavə də etməmişdir.
Hz. Adəm (as) insanları nələrə inanmağa çağırmışsa, son peyğəmbər Hz. Məhəmməd Əleyhissalatu Vəssalam da ümmətini o əsaslara iman etməyə dəvət etmişdir.
İlahi dinlər arasında iman əsasları barəsində heç bir fərq olmadığı kimi, xüsusi ilə təməl ibadətlər barəsində də fərq yoxdur. Dinin dirəyi olan namaz da bütün peyğəmbərlərə və onların ümmətlərinə fərz qılınmış bir ibadətdir. Fərq, yalnız vaxtlarda və rükət sayındadır.
Namazın keçmiş ümmətlərə də əmr edildiyi xüsusu şəxsən Quran-i Kərimdə ifadə edilməkdədir. Məsələn, bir ayədə Hz. İbrahimin (as) davamlı namaz qıldığı və nəslinin də namaza davam etmələrini istədiyi belə xəbər verilir:
"Ya Rəbbi, məni və mənim nəslimdən olanları namazda davamlı et. Ey Rəbbimiz, duamı qəbul buyur."
Hz. Musa (as) da namazla əmr olunmuşdu. Maidə Surəsinin 12-ci ayəsində İsrailoğullarından namaz qılmaları barəsində qəti söz alındığı ifadə edilir.
Hz. Şüeyb (ə.s) da çox namaz qılardı. (Hud surəsi 87)
Yenə Qurani-Kərimdə Hz. Ishak və Yaqubun, Hz. Zəkəriyyənin, Hz. İsanın (s.ə.s.) namaz qıldıqları bildirilir.
Digər tərəfdən oruc və zəkat da yalnız Peyğəmbərimizin (s.ə.s.) ümmətinə məxsus ibadətlər deyil. Necə ki, Quran-ı Kərimdə bu ibadətlərin digər ümmətlərə də fərz qılınmış olduğu bildirilməkdədir. Məsələn,məqalədə qeyd olunduğu kimi,  Bəqərə surəsinin 183-cü ayəsində tərcümə olaraq belə buyurulur:
“Ey iman gətirənlər, sizdən əvvəlkilərə yazıldığı kimi, oruc, sizə də yazıldı (fərz qılındı). Ola bilsin ki çəkinəsiniz.”
Eləcə də Həcc surəsi 67:
Biz hər ümmət üçün onun yerinə yetirə biləcəyi bir şəriət müəyyən etdik. Qoy onlar bu işdə səninlə höcətləşməsinlər. Sən (onları) Rəbbinə (ibadət etməyə) dəvət et. Həqiqətən, sən ən doğru bir yoldasan.
Bəli, namaz, oruc, zəkat və daha bir çox ibadətlər digər peyğəmbərlərin şəriətlərində da vardı. Lakin zamanla Yəhudi və Xristianlar və digər din mənsubları bu ibadətləri tərk etdilər və ya dəyişdirdilər. [5]

İstifadə olunan mənbələr:

Hiç yorum yok:

Yorum Gönder

Xahiş edirik etikadan kənara çıxmamaq şərtilə fikirlərinizi bildirəsiniz